Rusiyaya qarşı sanksiyalar Baykonurdan da yan keçmir
Tarix: 02.05.2014 | Saat: 01:50:00 | E-mail | Çapa göndər


Ukrayna hakimiyyət orqanlarına dəstək nümayiş etdirən bir neçə Qərb ölkəsi Rusiyanın Qazaxıstandan icarəyə götürdüyü Baykonur kosmodromundan imtina etmək qərarına gəlib. Rusiyaya qarşı ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalara yüksək texnologiyalı müdafiə məhsullarının ixracını qadağan edən bəndlər də əlavə edilib.
Aerokosmik sənaye üçün bu, o deməkdir ki, Amerikanın elektron içlikli peykləri Rusiya ərazisindəki kosmodromlardan kosmosa göndərilə bilməz. KİV-lərin məlumatına görə, bu məhdudiyyət Qazaxıstan ərazisində yerləşməsinə baxmayaraq, Baykonur kosmodromuna da təsirsiz ötüşməyəcək. Sənaye səpkili “Space news” saytının məlumatına görə, bu il Baykonurdan orbitə göndəriləcəyi planlaşdırılan Türkiyənin “Türksat 4b”, Lüksemburqun “Atra 2G2 və Böyük Britaniyanın “Inmarsat 5F2” telekommunikasiya peyklərinin gələcək taleyi sual altındadır. Qeyd edək ki, start vaxtı bu ilin yay və payız ayları üçün nəzərdə tutulan telekommunikasiya peyklərinin elektronika sistemi son dövrlər ixracına qadağa qoyulan Amerika istehsalıdır. Bu arada Böyük Britaniyanın “Inmarsat” şirkəti bildirib ki, bütün qadağalara baxmayaraq, bu il Baykonurdan orbitə iki peyk göndərməyi planlaşdırır. Şirkətin yüksəkçinli nümayəndəsinin bildirdiyinə görə, Amerikanın peyk sənayesi assosiasiyasının əməkdaşları ilə məsləhətləşmələrdə onlar etiraf ediblər ki, sanksiyalar yalnız Rusiyanın hərbi imkanlarını artırmağa xidmət edən uçuşlara tətbiq edilə bilər. Digər peyklərə qarşı qadağalar da aradan qaldırılacaqmı? Hələlik məlum deyil. Qadağanı tətbiq edən ABŞ Dövlət Departamenti bəyan edib ki, bu məsələ fərdi təşkilatların düzgün qiymətləndirilməsindən sonra razılaşdırıla bilər.
Təkcə o dəqiqdir ki, Kanadanın “M3Msat” peyki bu ilin iyununda Baykonurdan orbitə göndəriləcək. Ölkənin bu sahə üzrə şirkəti Com Dev bəyan edib ki, Amerikanın tətbiq etdiyi qadağalar bizə şamil edilməməlidir. Çünki, bizim Baykonurla razılaşmamız məlum qadağalardan əvvələ təsadüf edir.
Qeyd edək ki, ABŞ hökuməti NASA kosmik agentliyini də Rusiya dövlət strukturlarının nümayəndələri ilə əlaqəsinə qadağa qoyduğu siyahısına daxil edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info