Niderland mediası Azərbaycan diasporunun fəaliyyətindən yazıb
Tarix: 02.05.2014 | Saat: 02:13:00 | E-mail | Çapa göndər


Niderlandın gündəlik böyük tirajlı "FrieschDagblad" qəzetində Azərbaycan diasporu haqqında yazı dərc olunub.
Qəzetdə “Hollandiyada Azərbaycan Evi" təşkilatının sədri Elxan Mirhəşimli və təşkilatın idarə heyətinin üzvü Ələkbər Həşimovun müsahibələri yer alıb. Müsahibədə Azərbaycan haqqında məlumat verilib. Eyni zamanda “Hollandiyada Azərbaycan Evi" təşkilatının fəaliyyəti haqqında danışılıb. Yazıda həmçinin Xocalı soyqırımı barədə də söhbət açılıb. Müsahibədə təşkilatın gələcək planlarından danışan E. Mirhəşimli deyib ki, məqsədləri hollandiyalı vətəndaşlarla birlikdə Azərbaycanı tanıtmaqdır. E. Mirhəşimli qəzetimizə bildirib ki, Niderland KİV nümayəndələri onlarla birlikdə fəaliyyət göstərməkdə maraqlıdırlar: “Niderland jurnalistləri bizimlə sıx-sıx görüşlər keçirməyi təklif ediblər. Gələcəkdə Niderland mediası ilə daha çox əlaqə saxlayıb Azərbaycan barədə ətraflı məqalələr çap etdirəcəyik”. Xatırladaq ki, E.Mirhəşimli 2001-ci ildən Niderlandda yaşayır. Uzun müddətdir ki, diaspor sahəsində çalışan Elxan müəllim “Hollandiyada Azərbaycan Evi” təşkilatını bu ilin yanvarında yaradıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info