Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti dövlət qeydiyyatına alındı
Tarix: 02.05.2014 | Saat: 02:26:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Mənzil Məcəlləsinin və mənzil-kommunal sahəsində qəbul olunmuş normativ-hüquqi aktların müddəalarının təbliği, formalaşmaqda olan yeni münasibətlərə dair maarifləndirmə işlərinin aparılması, o cümlədən çoxmənzilli binaların yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə sahə mülkiyyətçiləri ilə mütəmadi olaraq görüşlər keçirilir, mövcud qanunvericilik, eləcə də onların hüquq və vəzifələri izah olunur, bazar iqtisadiyyatı şəraitində yaşayış sahələrinin idarə edilməsi və saxlanması prinsipləri və üsulları barədə məlumat verilir. Bundan başqa, mənzil mülkiyyətçilərinin maarifləndirilməsi məqsədilə müvafiq qanunvericilik aktlarını, məlumatları və digər sənədləri özündə əks etdirən kitabçalar və broşürlar paylanıb, bu işlər hazırda da davam etdirilir.
Görülən işlər çərçivəsində, həmçinin Yasamal rayonu Naxçıvani küçəsi, 14 ünvanındakı 16 mərtəbəli 102 mənzilli yeni tikilmiş binanın sahə mülkiyyətçiləri ilə görüşlər keçirilib, binada Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin (MMMC) yaradılması ilə bağlı mənzil mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi, təşkilatın Nizamnaməsinin və digər zəruri təsis sənədlərinin hazırlanmasına köməklik göstərilib. Bunun nəticəsi olaraq, həmin ünvanda ölkədə növbəti MMMC yaradılıb, “Yasamal-2” MMMC adı ilə dövlət qeydiyyatına alınıb.
Hazırda Nazirlik tərəfindən Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq, Bakı şəhəri üzrə iyirmiyə yaxın çoxmənzilli binada yeni idarəetmə üsullarının tətbiq edilməsi istiqamətində sahə mülkiyyətçiləri ilə mütəmadi görüşlər keçirilir, yeni idarəetmə üsullarının üstünlükləri haqqında məlumatlar verilir, mənzil mülkiyyətçilərinin ümumi yığıncaqlarının keçirilməsində və müvafiq təsis sənədlərinin hazırlanmasında, həmçinin digər təşkilati məsələlərdə dəstək göstərilir.
İlkin




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Polşaya ixrac missiyası təşkil ediləcək
21.01.2019
“AzerTelecom” “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığa başlayıb
21.01.2019
2019-cu ildə taxıl əkininə hazırlıq vəziyyəti müzakirə olunub
21.01.2019
Qadın sahibkarlara verilən kreditlər hesabına 8500-dən çox iş yeri yaradılacaq
21.01.2019
Qadın sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər işlənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info