ATU-da I Beynəlxalq Tibb Konqresinin açılışı olub
Tarix: 02.05.2014 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Tibb Universitetində (ATU)Tələbələr və Gənc Həkimlər üçün I Beynəlxalq Tibb Konqresinin açılışı olub. Açılış mərasimində əvvəlcə Azərbaycan himni səsləndirilib. Azərbaycan dövlətinin müstəqillik tarixinə, inkişafına həsr olunmuş qısa filmin nümayişindən sonra Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov salamlama nitqi ilə çıxış edib.
Akademik Ə. Əmiraslanov tədbirin ATU-nun Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən ilk beynəlxalq konfrans olduğunu nəzərə çatdıraraq, konqresin işinə uğurlar arzulayıb.
Sonra Tələbə Elmi Cəmiyyəti adından rektor Ə. Əmiraslanova təşəkkür plaketi təqdim olunub.
Konqresin qonaqlarından İstanbul Universitetinin professoru, Tibb Təhsili və Araşdırmaları Mərkəzinin rəhbəri, professor Cavit Avci, Rusiyanın Tümen Universitetinin təmsilçisi, professor Vitali Bıçkov da Azərbaycan təhsilinin səviyyəsi ilə bağlı fikirlərini bölüşüblər.
Açılış mərasimindən sonra ATU tələbələrinin ifasında klassik musiqi nümunələri səslənib.
Fasilədən sonra konqres işinə start verib. Tədbirin ilk sessiyasında ATU-nun tələbələri tərəfindən müxtəlif elmi mövzularda araşdırmaların təqdimatı keçirilib. Gənc həkimlərin elmi işləri konqresin sonunda beynəlxalq tərkibli Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək.
İkinci sessiyada isə “Laproskopik üsulla yırtıqların müalicəsi”, ”Yoğun bağırsaqda bədxassəli şişlər”, “2014-cü ildə ateroskleroz” kimi mövzularla əlaqədar mühazirələr səsləndiriləcək.
Tələbələr və Gənc Həkimlər üçün “I Beynəlxalq Tibb Konqresi 2 gün davam edəcək. Bu tədbirə dünyanın bir çox ölkələrindən gənc həkimlər və tibb ixtisası üzrə təhsil alan tələbələr də qatılıb.
Qeyd edək Konqres Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info