Slavyanskda hərbi əməliyyatlar başladı: 3 helikopter vuruldu
Tarix: 02.05.2014 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Bu gün yerli vaxtla saat 04.30-da Ukrayna təhlükəsizlik qüvvələri Donetsk vilayətinin Slavyansk şəhərində silahlı separatçılara və terrorçulara qarşı antiterror əməliyyatına başlayıblar. Ukrayna mətbuatının verdiyi məlumata görə, əməliyyat başladıqdan sonra şəhərdə həyəcan siqnalı verilib və kilsə zəngləri çalınıb. Ukraynalı nüfuzlu hərbi ekspert, Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk Slavyansk şəhərinin böyük hissəsinin nəzarətə götürüldüyünü xəbər verib. O, Slavyansk ətrafında terrorçuların blok-postlarının təmizləndiyini və şəhərdəki televiziya mərkəzinin separatçılardan geri alındığını bildirib. D. Tımçuk separatçı və terrorçu dəstələrin əsas müqavimət ocaqlarının şəhərin cənub-şərq hissəsində olduğunu söyləyib. Hərbi ekspert əməliyyat zamanı Ukrayna güc strukturlarına məxsus Mi-24 helikopterinin vurulduğunu da açıqlayıb.
Slavyanskda separatçılar tərəfindən “xalq meri” elan edilmiş Vyaçeslav Ponomaryov isə 3 helikopterin vurulduğunu, pilotlardan birinin öldüyünü deyib. Digər pilotun isə əsir götürüldüyü bildirilir. Yerli rəhbərlik döyüşlərin şəhərin mərkəzində getdiyini, 1 nəfərin öldüyünü və yaralıların olduğunu, Ukrayna tərəfinin helikopterlər vasitəsilə şəhərə desant endirdiyini açıqlayıb. Ağır texnika isə şəhərin ətrafındadır. Separatçı qüvvələrə məxsus 3 “BTR”in vurulduğu xəbər verilir.
Bölgədən gələn son məlumatlara görə, hazırda atəş səngiyib. Yerli “özünümüdafiə qərargahı”ndan “İnterfaks”a bildiriblər ki, atəşin səngiməsi Ukrayna tərəfinin öz qüvvələrini yenidən qruplaşdırması ilə bağlı ola bilər. Slavyansk şəhərindəki silahlı dəstələrin lideri, “İqor Strelkov” adı ilə tanınan və Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olduğu bildirilən İqor Girkin Ukrayna hərbçilərinin şəhəri tam mühasirəyə aldığını bildirib: “Bütün yollar bağlanıb, hər tərəfdə hərbi texnika və canlı qüvvə var. Havada 20-yə yaxın helikopter fəaliyyət göstərir. Düşmən şəhərin bütün giriş-çıxışlarını bağlayıb”.
Ukraynanın daxili işlər naziri Arsen Avakov Slavyansk şəhəri ətrafında separatçıların quraşdırdığı 9 blok-postun təmizləndiyini və şəhərin mühasirə həlqəsinə alındığını açıqlayıb. O, əməliyyatda DİN-in qüvvələrinin, Milli Qvardiyanın və Silahlı Qüvvələrin bölmələrinin iştirak etdiyini deyib. Separatçı qüvvələr avtomatlarla yanaşı, qumbaraatanlar, hətta “PZRK” (daşınan zenit-raket kompleksi) ilə silahlanıb. Nazir Slavyansk və Kramatorsk sakinlərini evlərindən bayıra çıxmamağa və pəncərələrə yaxınlaşmamağa çağırıb. A. Avakov əməliyyat zamanı 1 pilotin öldüyünü təsdiqləyib.
Qeyd edək ki, Slavyansk şəhəri son həftələrdə Ukraynanın şərqində separatçı qüvvələrin əsas dayaq nöqtəsinə çevrilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info