Sosial müdafiə mərkəzlərində müasir tələblərə uyğun iş şəraiti yaradılacaq
Tarix: 02.05.2014 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin Şamaxı şəhərində yerləşən 1 saylı ruhi-əsəb əlilləri üçün internat evində dövlət himayəsində yaşayan şəxslərin məişət şəraiti və onlara göstərilən xidmətin vəziyyəti ilə tanış olub. S.Müslümov internat evindəki yeməkxanaya, kommunal təchizat sisteminin vəziyyətinə baxıb, burada yaşayanların məişət şəraiti, qida, geyim və tibbi xidmətlə təminatı vəziyyətini yerindəcə öyrənib. Məlumat verilərək bildirilib ki, 100 yerlik bu internat evində 105 nəfər dövlət himayəsinə ehtiyac duyan yaşayır və hazırda onlardan 12 nəfəri müvafiq müalicə müəssisəsində müalicə olunur. İnternat evinin ayrı-ayrı sakinləri son vaxtlar müəssisəyə yeni rəhbərin təyin olunmasından sonra onların təminatında xeyli müsbət dəyişikliklərin olduğunu bildirərək, razılıqlarını ifadə ediblər. Nazir internat evində uzun müddətdir əsaslı təmir işləri aparılmadığından binanın bir sıra yerlərində, xüsusən yeməkxana korpusunda təmir işlərinin aparılmasına ehtiyac olduğunu bildirib. “Nazirliyin tabeliyində ümumilikdə 8 sosial xidmət müəssisəsinin bir çoxunda hazırda əsaslı təmir və yenidənqurma işləri aparılır. Bu internat evində də müasir tələblərə cavab verə biləcək bir şəraitin yaradılması üçün zəruri işlər görüləcək”. İnternat evinin əsaslı təmir olunmasının nəzərdə tutulduğunu qeyd edən S.Müslümov bununla əlaqədar hazırlıq işlərinin aparıldığını bildirib. Nazir yaxın günlərdə internat evinin yeməkxana korpusunda təmir işlərinə başlanması, binanın həyətində abadlıq işlərinin aparılması, kommunal sistemin yeniləşdirilməsi, müəssisənin müasir məişət avadanlıqları ilə təchiz olunması və s. barədə tapşırıqlar verib. Daha sonra S.Müslümov Şamaxı rayon Əhalinin sosial müdafiəsi mərkəzinə gəlib. Mərkəzin inzibati binasında təmir işlərinin aparılması barədə bir müddət əvvəl verilmiş tapşırığın icrası ilə bağlı görülən işlərlə tanış olan nazir burada iş şəraitinin daha da yaxşılaşdırılması üçün digər cari işlərin görülməsini tapşırıb. Bütün rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərində müasir tələblərə uyğun iş şəraitinin mövcud olması üçün müvafiq işlərin aparılacağını qeyd edən S.Müslümov mərkəzdə vətəndaşların müraciətlərinə baxılması vəziyyəti ilə də tanış olub. Mərkəzə müraciət edən vətəndaşların onlara göstərilən xidmətlə bağlı fikir və rəylərini öyrənən S.Müslümov hər bir vətəndaşın müraciətinə diqqət və qayğı ilə yanaşılması, lazımi hallarda vətəndaşlara sadə şəkildə müvafiq izahat işlərinin aparılması barədə mərkəzin məsul şəxslərinə tapşırıqlarını verib.

İlkin










 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info