Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sistemi inkişaf etdiriləcək
Tarix: 02.05.2014 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aİ-nin Avropa Qonşuluq Siyasəti çərçivəsində icra olunacaq “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı yeni Tvinninq layihəsinin təqdimatı olub. Tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, Fransa Respublikasının Azərbaycandakı səfiri Paskal Mönye, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini Volfqanq Mössinger, beynəlxalq ekspertlər və başqaları iştirak ediblər.
S.Müslümov Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun nailiyyətlərindən biri kimi, ölkəmizlə Avropa İttifaqı (Aİ) arasında əlaqələrin daim inkişaf etdiyini diqqətə çatdırıb. Nazir bildirib ki, hələ dövlət müstəqilliyinin ilk illərindən etibarən Azərbaycanda Aİ-nin TACİS layihələri icra olunmağa başlayıb. Həmin layihələr respublikada sosial müdafiə sisteminin təkmilləşdirilməsi, dövlət qurumlarına texniki yardım göstərilməsi və digər sahələrdə öz töhfələrini verib: “2004-cü ildən etibarən Aİ-nin Avropa Qonşuluq Siyasəti çərçivəsində icra olunan layihələrdən Tvinninq və TAİEX proqramlarına daha çox üstünlük verilir. Bundan öncə icra olunan Tvinninq layihəsi aktuar hesablamaların, məlumatların təhlili, proqnozlaşdırma, monitorinq, qiymətləndirmə, sosial büdcənin tərtib edilməsi və strateji planlaşdırma sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin potensial imkanlarının artırılmasına xidmət edib. Bu gün təqdim olunan yeni Tvinninq layihəsinin məqsədi isə Azərbaycanın əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyinin qabaqcıl Avropa dövlətlərinin təcrübəsi əsasında təkmilləşdirilməsi, ölkədə tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsidir”.
S.Müslümov bildirib ki, 2014-2016-cı illəri əhatə edən bu layihə çərçivəsində ölkəmizdə tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair strategiya sənədi və Master Plan, əlilliyi olan şəxslər üçün fərdi dəstək planları və proqramları, onların tətbiqi üçün mexanizmlər hazırlanacaq. Əlillərin sosial müdafiəsi, tibbi-sosial ekspertiza və əlillərin bərpası sahələrində çalışan işçi heyətin peşəkar bilik və bacarıqları artırılacaq: “Eyni zamanda, tibbi-sosial reabilitasiya sisteminin monitorinqi, qiymətləndirilməsi və hesabatlılıq sisteminə yenidən baxılaraq Avropa standartlarına uyğunlaşdırılması üçün təkliflər hazırlanacaq. Layihə bu işlərdə Aİ üzvləri olan Fransa və Almaniyanın müvafiq dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq zəminində icra olunacaq. Əlilliyi olan şəxslərlə bağlı hazırlanan yeni qanunvericilik layihələrində artıq bu ölkələrdən olan ekspertlər də iştirak edirlər”. S.Müslümov yeni layihənin icrası işlərinə uğurlar arzulayıb və bu sahədə görüləcək işlərin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Azərbaycanla Aİ arasında daim inkişaf edən əməkdaşlığın inkişafından söz açaraq, yeni Tvinninq layihəsinin də Azərbaycanda aparılan islahatlara dəstək verilməsi məqsədinə yönəldiyini vurğulayıb. M.Mard layihənin icrası zamanı əldə olunacaq uğurlu təcrübənin qarşıdakı dövrdə yeni sahələr üzrə əməkdaşlıq üçün yaxşı zəmin olacağını bildirib.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Almaniyanın ölkəmizdəki səfirinin müavini Volfqanq Mössinger layihə çərçivəsində ölkələrinin Azərbaycanla sosial müdafiə sahəsində əməkdaşlığından məmnunluq ifadə edərək, bu əməkdaşlığın genişlənməsi üçün müvafiq səylərin göstəriləcəyini bildiriblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlilərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi sistemində aparılan islahatlar və Tvinninq layihəsi üzrə görüləcək işlər barədə məlumat verib. Beynəlxalq ekspertlər Mişel Villak və Kristian Mutye Tvinninq layihəsinin əsas istiqamətləri barədə təqdimatla çıxış ediblər. Tədbirdə əlilliyi olan şəxslərlə bağlı fəaliyyət mexanizminin mütərəqqi beynəlxalq təcrübəyə uyğunlaşdırılması sahəsində Tvinninq layihəsindən irəli gələn imkanlar və qarşıdakı dövrdə layihə üzrə fəaliyyət istiqamətləri müzakirə edilib.


İlkin




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info