AMEA sistemi üzrə doktoranturaya qəbulun formatı tamamilə dəyişəcək
Tarix: 02.05.2014 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


“2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası sistemi üzrə doktoranturaya qəbulun nəticələrini orta qiymətləndirirəm. Amma biz çalışacağıq ki, bu ilin sonundan doktoranturaya qəbulla bağlı bir sıra islahatlar aparaq. Onun formatının tamamilə dəyişmək niyyətindəyik”. Bunu jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti Akif Əlizadə deyib. Onun sözlərinə görə, doktoranturaya qəbulun necə dəyişiləcəyini indi demək mümkün deyil. A. Əlizadə qeyd edib ki, bunun üçün müzakirələr, təhlillər və fikir mübadiləsi aparılmalıdır: “Doktoranturada islahatlar həm qəbul imtahanının məzmunun dəyişdirilməsi, həm də qəbul planı yerlərinin azaldılması ilə bağlı olacaq. AMEA sistemi üzrə doktoranturaya qəbul planı azaldılacaq. Bu da bütün istiqamətlər üzrə olacaq. Fikrimizcə, az olsun, amma keyfiyyətli olsun”. AMEA prezidenti magistratura və doktoranturada oxuyan oğlanların hərbi xidmətdən möhlət hüququnun verilməsindən də danışıb. O bildirib ki, həm magistratura, həm doktoranturada oxuyan oğlanlara təhsil aldıqları müddətdə həqiqi hərbi xidmətdən möhlət hüququ verilməlidir: “Çünki elmimiz çətinliklərlə üzləşir. Hərbi xidmətə gedən oğlanlar elm və təhsili bir qədər unudurlar. Fasilənin yaranması isə onlara həm psixoloji, həm mənəvi cəhətdən təsir göstərir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
“Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi icra edilir
24.05.2019
Vergi sirri haqqında məlumatlar Hesablama Palatasına da veriləcək
23.05.2019
FHN-in Akademiyasında Nəsiminin yubileyi qeyd edilib
23.05.2019
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23.05.2019
Heydər Əliyev Fondu rayonlarda iftar süfrələri təşkil edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info