“Elm siyasəti haqqında” qanun layihəsinin qəbulunu sürətləndirməliyik
Tarix: 02.05.2014 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Elm haqqında” qanunun qəbulunun sürətləndirilməsi barədə Milli Məclis (MM) qarşısında vəsatət qaldırılmasının səbəblərini açıqlayıb. AMEA-nın prezidenti Akif Əlizadə jurnalistlərə açıqlamasında bildirib ki, MM-in Elm və Təhsil Komitəsi tərəfindən “Elm siyasəti haqqında” qanun layihəsinin hazırlanması istiqamətində çox böyük işlər görülüb. Qanunda çoxlu yeniliklərin olduğunu deyən A. Əlizadə layihənin ilkin variantı ilə tanış olduğunu söyləyib. Onun sözlərinə görə, qanun layihəsində həm də çoxlu mübahisəli fikirlər var: “Bəlkə də layihənin müzakirəsi və qəbulu onun üçün uzanır. Ancaq hesab edirəm ki, biz yenə də layihənin qəbulunu bir qədər sürətləndirməliyik. Çünki Azərbaycan elmi və Azərbaycan Milli Elmlər Akademiyasında aparılan elmi tədqiqatların hamısı hələlik hüquqi əsası olmayan sahədə çalışırlar. Onun üçün də hüquqi əsası olmayan məsələlər bəzi vaxt görürsən ki, yekun, yaxud koordinasiya etibarı ilə çətinliklər yaradır. Ona görə də biz bu yaxınlarda “Elm haqqında” qanunun qəbulunun sürətləndirilməsi barəsində Milli Məclis qarşısında vəsatət qaldıracağıq. Güman edirəm ki, onlar da bizə yardım edəcəklər”. AMEA prezidenti qeyd edib ki, layihədə müxtəlif mübahisəli məqamlar var. Orada hüquqi, maliyyə, təşkilati baxımından problemlərin olduğunu deyən A.Əlizadə vurğulayıb ki, bunların hamısı bir-bir öyrənilərək işlənilməlidir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info