ADİU Macarıstan universiteti ilə müqavilə imzaladı
Tarix: 02.05.2014 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov Macarıstanın Dunayvaros Universitetinin rektoru, doktor İstven Andresin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Rektor ADİU-nun Dunayvaros Universiteti ilə tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması və gələcəkdə ikili diplom proqramlarının reallaşdırılmasında maraqlı olduğunu bildirib. Görüşdə həmçinin Avropa İttifaqının maliyyələşdirdiyi layihələrdə birgə əməkdaşlıq, birgə fakültə idarəetməsi məsələləri müzakirə olunub. Sonda ADİU ilə Dunayvaros Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Qeyd edək ki, Macarıstanın Dunayvaros Universitetinin nümayəndə heyəti ADİU-nun ev sahibliyi etdiyi “II Biznes İnzibatçılığı və Korporativ Sosial Məsuliyyət" Beynəlxalq Elmi Konfransında iştirak etmək məqsədi ilə Bakıya gəliblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil
22.02.2019
MŞ sədri bölgə qəzetinin 95 illik yubileyi ilə bağlı mərasimdə iştirak edib
22.02.2019
“Autizm spektr pozuntusu olan şəxslərə dəstək”
22.02.2019
ƏƏSMN-də yeni təyinatlar
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info