Azərbaycan Təbiəti Tarixi Muzeyinin yaradılması təklif edilir
Tarix: 02.05.2014 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycanın yaşıl xəzinəsi” mövzusunda sərginin açılış mərasimi keçirilib. Tədbirin açılışında iştirak edən AMEA-nın prezidenti Akif Əlizadə Azərbaycanın həm yaşıl xəzinəyə, həm də yeraltı zəngin xəzinəyə malik olduğunu deyib. Onun sözlərinə görə, belə sərgilərin keçirilməsi ölkənin botanika elminin gələcək prioritetlərini müəyyənləşdirmək və onları seçməyə imkan verir. A.Əlizadə qeyd edib ki, Azərbaycan Təbiəti Tarixi Muzeyi yaradılmalıdır: “Bunun üçün AMEA-ya Ekologiya və Təbiət Sərvətlər Nazirliyi də yardım göstərməlidir. Azərbaycan Təbiəti Tarixi Muzeyi nəhayət ki, yaradılmalıdır. Çox istərdik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əl-ələ verib muzeyin yaradılmasına nail olaq".
İsveçrənin Azərbaycandakı səfiri Pascal Aebischer öz ölkəsində meşələrin qorunması istiqamətində görülən işlərdən danışıb. Onun sözlərinə görə, İsveçrədə meşələr xüsusi mühafizə olunan ərazilərdir: “İsveçrənin təxminən 1/3-i meşələrlə əhatə olunur. Bu da dağlıq bölgə və torpaqların idarə olunması nəticəsində mümkün olub. Meşələr bəşəriyyət və təbiət üçün əhəmiyyətlidir. İsveçrədə içməli suyun 40% məhz meşələrdən yaranır. Meşələr flora və faunanın yaşaması üçün münbit bir məkandır”.
Səfir qeyd edib ki, Azərbaycan hökuməti və rəsmiləri də meşələrə, onların qorunmasına xüsusi diqqət yetirir: “Meşələri, Hirkan meşələrini qorumaq hər birimizin böyük vəzifəsidir. Həmin meşələrin zənginliyini açmaq və istifadə etmək vacib bir addımdır. Ölkələr arasında transmilli əməkdaşlıq təbiətin mühafizəsi, bio-müxtəlifliyin qorunması və bunun yaxşı nəticə verməsi üçün zəmin yaradacaq”.
Botanika İnstitutunun direktoru, professor Validə Əlizadə isə bildirib ki, Milli Botanika bağı və Botanika Muzeyinin yaradılması dair işlərə başlanılıb. Onun sözlərinə görə, layihənin məsul şəxsləri 1 ay içərisində muzeyin konsepsiyası işləyib hazırlayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info