Parisdə “Azərbaycan jurnalistlərinin durumu” barədə hesabat dinləniləcək
Tarix: 02.05.2014 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


05-06 may tarixində Parisdə, UNESCO-nun Baş Qərargahında “3 May- Dünya Mətbuat Azadlığı Günü” münasibətilə beynəlxalq konfrans keçiriləcək. Konfransın ümumi mövzusu “Daha yaxşı gələcək naminə media azadlığı: 2015-ci ilədək olan inkişaf gündəliyinin formalaşdırılması”dır. Konfrans, “2015-ci ilədək olan inkişaf gündəliyinin formalaşdırılması”; “Jurnalistlərin təhlükəsizliyi və cəzasızlığa qarşı mübarizə qanunlarının təkmilləşdirilməsi”; “ Media: azadlıq və inkişaf” kimi 3 paneldən ibarət olacaq.
Konfransda, UNESCO başda olmaqla, aidiyyatı üzrə beynəlxalq təşkilatların rəhbərləri çıxış edərək söz və ifadə azadlığının qlobal durumu ilə bağlı müzakirələr aparacaqlar. Həmçinin, ayrı-ayrı ölkələrdən dəvət edilən jurnalist təşkilatlarının təmsilçilərinin hesabatları dinləniləcək.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, rəhbərlik etdiyi qurum Forumun “Jurnalistlərin təhlükəsizliyi və cəzasızlığa qarşı mübarizə qanunlarının təkmilləşdirilməsi” panelində iştirak üçün dəvət alıb. JuHİ sədri toplantıya qatılacaqlarını və Azərbaycan jurnalistlərinin mövcud durumu barədə dolğun informasiya verəcəklərini bildirib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
İki nəfər Zabrat qəsəbəsindəki Sosial Sığınacağa aparılıb
17.01.2019
Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb
17.01.2019
DİN: Məmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
17.01.2019
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb
17.01.2019
Qərargah: Sumqayıtda küləyin sürəti 40 m/s, dənizdə isə dalğalar 7,5 metrə çatdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info