Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edib
Tarix: 02.05.2014 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyi vergi orqanlarında işə qəbulla bağlı müsabiqə elan edib.
Nazirlikdən verilən məlumata görə, vergi orqanlarında işləmək istəyən şəxslər mayın 5-dən mayın 18-dək sənədlərini elektron qaydada nazirliyə təqdim etməlidir.
Müsabiqədə iştirak etmək istəyənlər bu müddət ərzində nazirliyin rəsmi internet səhifəsinə (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını sistemə daxil etdikdən sonra namizədə kod verilir. Namizəd sənədləri qəbul edildikdən üç iş günü ərzində verilmiş kod əsasında ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər. Sənədləri qəbul edilən namizədlər 30 maydan 1 iyuna qədər imtahana buraxılış vərəqələrini nazirliyin inzibati binasından götürməlidirlər.
Müsabiqənin test imtahanı 3 iyunda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəyyən etdiyi yerdə keçiriləcək.
Qeyd edək ki, müsabiqəyə Şamaxıda 2, Şirvanda 3, Lənkəranda 2, Beyləqanda 3, Qəbələdə 1, Yevlaxda 2, Zaqatalada 1, Şəmkirdə 2 və Gəncədə 1 yer olmaqla, ümumilikdə 17 vakant yer çıxarılıb. Boş yerlərin sayı müsabiqənin sonuna qədər dəyişə bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır
20.09.2019
Şirkət işçi axtarır
19.09.2019
“Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info