“Amerikanın səsi”: “NATO Rusiyanı özünün düşməni elan etdi”
Tarix: 02.05.2014 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


“NATO Şərqi Avropada daha böyük ordu kontingenti yerləşdirə bilər”

Rusiya ilə 20 il çəkən əməkdaşlıq cəhdlərindən sonra NATO indi də Moskvanı özünün düşməni kimi görməyə başlayıb. Bu barədə “Amerikanın səsi”nə NATO-nun ikinci adamı bildirib. NATO baş katibinin müavini Aleksandr Verşbou bəyan edib ki, Rusiya tərəfi NATO-nu açıqca öz düşməni elan edib: “Buna görə də biz də ona partnyor kimi baxmağa borclu deyilik, daha çox düşmən kimi baxmalıyıq”.
Kiçik jurnalist qrupuna açıqlama verən Aleksandr Verşbou deyib ki, Krımın Rusiya tərəfindən ilhaq edilməsi, Ukraynanın şərqindəki nizamsızlıqdan açıq manipulyasiya edilməsi Rusiya ilə NATO-nun münasibətlərini açıqca dəyişməli idi: “Mərkəzi Avropada biz görürük ki, Avropa təhlükəsizliyi sisteminə dair iki fərqli baxış var. Biz Rusiya ilə qonşu olan ölkələrin suvereniteti və azad seçimini qorumaq üçün çıxış edirik. Rusiya isə açıqca öz hegemonluğunu qəbul etdirməyə və onların suverenitetini rus dünyasının qorunması maskası altında məhdudlaşdırmağa çalışır”.
Aprel ayında NATO Rusiya ilə bütün praktiki mülki və hərbi əməkdaşlığı dayandırıb. Buna baxmayaraq, NATO-dakı, 1998-ci ildə yaradılmış Rusiya diplomati missiyası fəaliyyətini davam etdirir.Verşbou qeyd edib ki, 65 il öncə SSRİ-dən qorunma üçün bastion kimi yaradılmış NATO, Rusiya ilə qonşu olan üzvlərinə qarşı hər hansı aqressiyanın qarşısının alınması üçün digər tədbirləri də nəzərdən keçirir. O cümlədən, haçansa SSRİ-nin tərkibində olmuş Baltik ölkələrinə də bu tədbirlər şamil edilir: “Biz əmin olmaq istəyirik ki, bu ölkələrə kömək edə bilərik. Əgər hansısa təhdid varsa, bu yardımı çox təcili etməliyik ki, təhdid real fakta çevrilməsin. NATO-nun bu üzvləri üçün isə öz hərbi güclərinin reaksiya vaxtını azaltmaq lazımdır”.
Alyansın mümkün addımlarına gəlincə, ABŞ-ın NATO-da səfiri olmuş Verşbou müttəfiq orduların daha böyük kontingentinin Şərqi Avropada müvəqqəti və ya rotasiya qaydasında yerləşdirilə biləcəyini deyib.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info