«Zeytun bağları» Azərbaycan zeytununun şöhrəti» müsabiqəsinin qalibləri mükafatlandırıldı
Tarix: 02.05.2014 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Mətbuat Şurası və «Azərsun Holdinq»in «Zeytun bağları» Azərbaycan zeytununun şöhrəti» adlı birgə müsabiqəsi üzrə mükafatlandırılma mərasimi keçirilib.
MŞ-də baş tutmuş tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov müsabiqəyə jurnalist marağının böyük olduğunu vurğulayıb. Yazılarının qəbulunun 2014-cü il yanvar ayının 1-dən mart ayının 15-dək həyata keçirildiyini bildirib: “Təqdim olunan 58 yazı müvafiq qaydada araşdırılaraq qiymətləndirilib. Mövcud xüsusda bir birinci, iki ikinci, üç üçüncü yerin, o cümlədən on həvəsləndirici mükafat laureatının adı müəyyənləşdirilib”.
Şura sədri çıxışında rəhbərlik etdiyi qurumun «Azərsun Holdinq»lə əməkdaşlığa hər zaman böyük önəm verdiyini də diqqətə çatdırıb. MŞ-nin «Azərsun Holdinq»lə birgə jurnalistlər üçün bir neçə uğurlu müsabiqə təşkil etdiyindən söz açan Ə.Amaşov bu ənənənin davamlı olmasının Azərbaycan jurnalistikasının ixtisaslaşmasına dəstək baxımından zəruriliyini vurğulayıb.
«Azərsun Holdinq»in İdarə Heyətinin üzvü Ruslan Rəhimov təmsil olunduğu qurumun media ilə bağlı layihələrə xüsusi diqqət yetirməsindən söz açıb. Müsabiqəyə marağın böyük olmasını mühüm faktor kimi önə çəkən R.Rəhimov bildirib ki, jurnalistlərin aktivliyi bu kimi təşəbbüslərin gələcək perspektivləri üçün nikbinlik yaradır.
Sonra müsabiqə laureatları mükafatlandırılıb. On həvəsləndirici mükafat sahibinin hər birinə 300, üçüncü yer tutmuş 3 nəfərin hər birinə 500, ikinci yerə layiq görülmüş iki jurnalistin hər birinə 700 manat pul mükafatı təqdim olunub. Birinci yerin sahibi isə 1000 manat məbləğində pulla mükafatlandırılıb. Laureatlar həmçinin “Azərsun Holdinq”in yağ məhsullarından ibarət hədiyyə paketini də əldə ediblər. Mükafatlar MŞ İdarə Heyətinin üzvləri, “Azərsun Holdinq”in təmsilçiləri və toplantıda iştirak edən kütləvi informasiya vasitələrinin rəhbərləri tərəfindən təqdim olunub.
Zeytunun insan orqanizmi üçün faydalı tərəflərinə diqqət çəkən «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu qeyd edib ki, bu bitkinin Azərbaycan üçün tarixi önəmi var. Baş redaktor müavini eyni zamanda vaxtilə ilk milli mətbuat nümunəmiz olan «Əkinçi» qəzetində də zeytuçuluqla bağlı məsələlərə geniş yer verildiyini deyib.
«Azərsun Holdinq»in yağ-məhsul qurupu departamentinin rəhbəri Sənan Orucov holdinqin hazırkı fəaliyyət istiqamətlərindən bəhs edərək görülən işlərin təbliği üçün medianın məsələlərə peşəkar yanaşmasının vacibliyini önə çəkib. Bu baxımdan müsabiqənin mühüm fayda daşıdığını əsaslandırıb.
Çıxış edənlərdən MŞ sədrinin müavinləri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət, həmçinin «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli «Zeytun bağları» Azərbaycan zeytununun şöhrəti» müsabiqəsinin əhəmiyyətinə toxunaraq onun jurnalist əməyinin stimullaşdırılmasındakı önəmindən bəhs ediblər. Çıxışlarda habelə «Azərsun Holdinq»in timsalında böyük şirkətlərin media ilə səmərəli əməkdaşlığının faydalı aspektləri üzərində də dayanılıb.
«Azərsun Holdinq»in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov müsabiqəyə təqdim olunan yazıların araşdırılması prosesindən söz açıb. Materialların bir çoxunun mövzuya həssas yanaşma istəyindən qaynaqlandığını əlamətdar cəhət kimi vurğulayan A.Səfərov ekspertlərin mövcud istiqamətdəki qeydləri barədə ümumi məlumat verib.

Azərbaycan Mətbuat Şurası və “Azərsun Holdinq”in «Zeytun bağları» Azərbaycan zeytununun şöhrəti» adlı birgə müsabiqəsi laureatları:


I yer


Şirməmməd Nəzərli - Salamnyus İnformasiya Agentliyi

II yer

İsmayıl İsmayılov - «Mediaformu.az» saytı
Elxan Salahov - «Həftə içi» qəzeti

III yer

Səxavət Həmid - «Gündəlik teleqraf» qəzeti
Zülfiyyə Quliyeva - «Mövqe» qəzeti
Seymur Yunusov - «İqtisadiyyat» qəzeti (marja.az saytı)

Həvəsləndirici mükafat

1. Nizam Rzayev - Lent.az saytı
2. Elçin Bayramlı - Səda İnformasiya Agentliyi
3. Ülviyyə Tahirqızı - «Xalq cəbhəsi» qəzeti
4. Həbibə Abdulla - «Kaspi» qəzeti
5. Nail Rəhimzadə - «İki sahil» qəzeti
6. Təranə Cəbiyeva - «Respublika» qəzeti
7. Nadir Azəri - «Yeni Azərbaycan» qəzeti
8. Mehparə Əliyeva - «Respublika» qəzeti
9. Xalid Kazımov - «Üç nöqtə» qəzeti
10. Rövşən Rəsulov - «Səs» qəzeti






 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info