Binəqədidə tütün və alkoqola qarşı silsilə tədbirlərə yekun vuruldu
Tarix: 02.05.2014 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və HB Co.LTD –nin birgə təşkilatçılığı ilə “Binəqədi – gənclər rayonu” layihəsi çərçivəsində orta ümumtəhsil məktəblərində “Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri” mövzusunda keçirilmiş silsilə seminar – müsabiqənin bağlanış mərasimi keçirildi. Bağlanış mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başısının müavini Aygün Əliyeva, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, qeyri-hökümət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov, Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli və Nazirliyin İctimai-Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev, BMT-nin Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev və HB.Co.LTD - nin baş direktoru Hikmət Butayev iştirak etdilər.
Qonaqlara öncə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin hazırladıqları “”Onlara” yox deyək!” devizli divar qəzeti stendləri təqdim olundu.
Ardından tədbiri giriş sözü ilə açan YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov tədbir iştirakçılarını salamladı, layihənin ümumilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ərəfəsində keçirildiyini qeyd etdi. Ramiz Göyüşov 1 ay müddətində layihənin Binəqədi rayonu üzrə 32 orta ümumtəhsil məktəblərində keçirildiyini və silsilə tədbirlərdə gənclərin fəal iştirak etdiyini, bu cür tədbirlərin davamlı olmasının vacibliyini vurğuladı. Sonra layihənin koordinatoru ölkədə aparılan sosial-iqtisadi islahatların gənclərin sağlamlığına xidmət etdiyini vurğuladı və layihə çərçivəsində şagirdlər arasında keçirilmiş sorğunun nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Çıxış edən Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, qeyri-hökümət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov Binəqədi rayonunun hər zaman ilklərə imza atdığını və “Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri” mövzusunda silsislə seminarların keçirilməsinin və xüsusilə də Binəqədi rayonu üzrə bütün orta məktəbləri əhatə etməsinin də bir ilk olduğunu qeyd etdi. O bildirdi ki, bəlkə də bu tədbir iri miqyasda keçirilmiş yeganə tədbirdir. Cəsarət Valehov tədbirin təşkilinə görə bütün təşkilatçılara minnətdarlığını bildirdi. Çıxış edən Səhiyyə Nazirliyinin İctimai-Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev qeyd etdi ki, layihənin sorğusunda iştirak etmiş məktəb şagirdlərinin 90 faizinin tütün, alkoqol və digər zərərli vərdişlərə yox deməsi və bunları pisləməsi təqdirəlayiq haldır. BMT-nin Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev çıxış edərək bildirdi ki, əsası ümumilli lider tərəfindən qoyulmuş məqsədyönlü siyasət, sağlam gənclik böyütmək, milli mənəvi dəyərlərə sadiq olmaq, ərazi bütövlüyünü qorumaq kimi prinsiplər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. HB Co.LTD-nin baş direktoru Hikmət Butayev çıxış edərək təşkilatçılara təşəkkürünü bildirdi və qeyd etdi ki, hər bir valideyn, səhiyyə müəssisəsi və ümumilikdə cəmiyyət gənclərin sağlam həyat tərzində böyüməsində diqqət yetirməlidir. Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Binəqədi rayou üzrə Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Mübarizə Komissiyasının sədri Aygün Əliyeva tədbir iştirakçılarına Binəqədi Rayonu İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun salamlarını çatdırdı, Təhsil Naziliyinə layihəni dəstəklədiyinə görə təşəkkür etdi. Aygün Əliyeva Binəqədi Rayonunda görülən işlərdən danışdı və Rayon İcra Hakimiyyəti başçısınının hər zaman milli mənəvi dəyərlərin qorunması, gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsinə xüsusi diqqət yetirdiyini bildirdi.
Sonda Binəqədi Rayonu üzrə 32 orta ümumtəhsil məktəbin 1500-ə yaxın şagirdini əhatə edən “Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri” mövzusunda keçirilən sislsilə tədbirlərin qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.

İlkin






 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info