“Vətən xaini düşməndən pisdir”
Tarix: 03.05.2014 | Saat: 01:45:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Xarici İşlər Nazirliyini ölkə vətəndaşlarına başqa ölkələrin pasportlarının verilməsinə qarşı bəyanat verməyə
çağırıb.

Bu təkliflə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, XİN başqa dövlətin vətəndaşlığını qəbul edib oranın pasportunu alanların Azərbaycan vətəndaşlığına dərhal xitam veriləcəyi haqqında bəyanat yaymalıdır. O qeyd edib ki, hər bir vətəndaş bunu başa düşməlidir: “Ola bilər ki, kimsə xarici ölkələrdə ticarətlə məşğul olmaq istəsin. İnanmıram ki, kimsə könüllü şəkildə Azərbaycan pasportunu qoyub başqa ölkənin pasportunu üzərində daşısın. Yox, əgər başqa məqsədlər üçün bunu həyata keçirirsə, o zaman həmin şəxs mütləq şəkildə Azərbaycan vətəndaşlığından uzaqlaşdırılmalıdır. Bu gün dünyada baş verən hadisələrə nəzər salsaq, görərik ki, dövlət müstəqilliyinin qorunması məsələsi öndə duran məsələlərdən birincisidir. Bütün Azərbaycan vətəndaşları bu gün yekdil olmalı, dövlətin və Prezidentin, eləcə də müstəqilliyin ətrafında birləşməlidir. Biz görürük ki, Vətən xainləri, Azərbaycan əleyhinə iş aparanlar, ermənilərə işləyənlər səngərin o biri tərəfində duran düşmənlərdən daha pisdir. Onlar beynəlxalq təşkilatlara Azərbaycan haqqında düzgün olmayan məlumatlar göndərən, arxamızdan bıçaq vuran insanlardır. Ermənilərə çalışan insanlara qarşı işlər görülməli, Azərbaycan dövlətçiliyinə qarşı çıxış edənlər mütləq layiqli cəzalarını almalıdır. Şəffaf olmayan təşkilat beynəlxalq şəffaflıqdan danışır. Oğurluqla məşğul olan təşkilat parlament haqqında həqiqəti əks etdirməyən məlumatlar dərc etdirir. Ona görə də buna qarşı ciddi addımlar atılmalıdır”.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info