“Leyla Yunusun fəaliyyəti başdan-ayağa Azərbaycanın əleyhinədir”
Tarix: 03.05.2014 | Saat: 01:48:00 | E-mail | Çapa göndər


Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda cari məsələlərdən başqa gündəliyə 12 məsələ daxil olub. İclasda İnzibati Xətalar və Cinayət-Prosessual məcəllələrinə dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Müzakirələrdən sonra məcəllələrə təklif olunan çoxsaylı dəyişikliklər qəbul olunub.
Həmçinin iclasda Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsi müzakirə olunub. Spikerin müavini Valeh Ələsgərov məlumat verib. Müzakirələrdən sonra Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsi təsdiq edilib.
İclasdakı cari müzakirələrdə ATƏT-in yeni həmsədrləri barədə danışan spiker Oqtay Əsədov isə bildirib : “Bizə aydın olub ki, ATƏT Minsk Qrupunun yeni həmsədrlərinin Dağlıq Qarabağ məsələsinin kökündən xəbəri yoxdur. Onlar fəaliyyətlərinə təzə, anlaşılmaz qayda gətiriblər. Adını da qoyublar Dağlıq Qarabağ ilə tərəfdaşlıq və sair. Amma məsələ bu cür qoyulmalıdır ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunsun. Hətta bu yaxınlarda ABŞ-da bir tədbir hazırlanmışdı, orada amerikalı həmsədrin də iştirakı gözlənilirdi. Bu, yolverilməzdir!”.
İclasda Milli Məclis ATƏT Minsk Qrupunun qurumun Parlament Assambleyasında hesabat verməsi təklifi ilə çıxış edib və bu məsələni qurumun Bakıda keçiriləcək sessiyasının gündəliyinə salınmasını tələb edib. Bu təkliflə çıxış edən Oqtay Əsədov bildirib: “Biz ATƏT PA-dakı nümayəndə heyətimizə tapşıraq ki, mütləq qurumun yayda Bakıda keçiriləcək sessiyasına, o da olmasa, növbəti sessiyalarından birinə Minsk Qrupunun hesabatının salınması məsələsini Azərbaycan adından qaldırsın. Artıq Minsk Qrupu öz fəaliyyəti barədə ATƏT PA-da hesabat versin”.
Təklif parlament tərəfindən dəstəklənib və qəbul olunub.
Millət vəkili, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bu günlərdə hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq dindirilən Leyla Yunus haqda fikirlərini bildirib: “Leyla Yunusun fəaliyyəti başdan-ayağa Azərbaycan dövlətinin əleyhinə yönəlib. Təəssüf ki, xalq diplomatiyası adı altında çirkin oyunlar aparılır. Bu insanlar az qala bu məsələni inhisara alıblar. Həmin adamlardan biri olan Leyla Yunus Azərbaycan dilini necə təhqir edir? Bu dildən ancaq söyüş söyəndə istifadə edir. Bu gün bəzi səfirlər də bunun ətrafında sıx birləşib. Biz bütün QHT-lərə imkan yaratmışıq. Ancaq bu o demək deyil ki, bundan sui-istifadə edib dövlətçiliyimizin əleyhinə getməlidirlər”.
Spiker Oqtay Əsədov bu barədə bildirib: “Sizin ağıllı və alovlu çıxışınıza qulaq asdım. Amma mənə maraqlıdır, siz həm də QHT-lərə Dövlət Dəstəyi Şurasının sədrisiniz, QHT-lərə layihələr üçün qrantlar ayırırsınız. Bəs sizin nəzarətiniz olurmu ki, kim nəyi necə həyata keçirir? Layihələr varsa, onlar axıra çatmalıdır. Mən demirəm ki, bu, bir nəzarət kimi olmalıdır. Amma hər halda, bu məsələyə diqqət yetirmək lazımdır. Çünki vicdanlı, vicdansız QHT-lər də var. Mən təəssüf etdim ki, “Şəffaflıq Azərbaycan” İctimai Birliyi araşdırma təşkilatı olduğunu iddia etsə də, əslində qarşıdurma təşkilatıdır. O, bəzi təşkilatlar kimi qarışdurma ilə məşğuldur. Onlar öz hesabatlarında küçə yazılarını götürüb dərc edirlər. Bəzən bunun günahı bizim özümüzdə olur. Çünki onların dediklərinə reaksiya vermirik. Parlamentə qarşı haqsız iradlar bildirir, Milli Məclisi çox pis vəziyyətdə göstərirlər”.
İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info