Gənclər Fondu beşinci qrant müsabiqəsinə yekun vurub
Tarix: 03.05.2014 | Saat: 01:49:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun mətbuat xidmətindən verilən məlumata görə, yığıncağın gündəliyinə beşinci qrant müsabiqəsinin nəticələrinin müzakirəsi, əvvəlki müsabiqə çərçivəsində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti, resipiyentlər tərəfindən fonda təqdim olunan sənədlərin siyahısına dəyişikliklər edilməsi və digər məsələlər daxil edilib.
Müşahidə Şurasının sədri, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov beşinci qrant müsabiqəsi barədə məlumat verərək bildirib ki, 2013-cü il dekabrın 29-dan 2014-cü il fevralın 10-dək Fonda “A” (yerli layihələr), “B” (beynəlxalq layihələr) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1065 layihə təklifi daxil olub. Fevral-aprel ayları ərzində layihələr Fondda sistemləşdirilib və təhlil olunub, hər biri haqqında annotasiya və rəy hazırlanıb, bəzi müraciətçilərlə görüşlər keçirilib. Müşahidə Şurasının üzvləri əvvəlki müsabiqələr çərçivəsində maliyyələşdirilmiş layihələrin hesabatlarını təqdim etməmiş gənclər təşkilatlarının və fiziki şəxslərin müraciətlərinə baxılmaması barədə razılığa gəliblər. Digər təkliflər qiymətləndirilərkən ilk növbədə ictimai əhəmiyyət kəsb edən, gənclərin sosial, fiziki, intellektual və mənəvi inkişafına xidmət edən, real icra planı və büdcəsi olan layihələrə üstünlük verilib. Aparılan müzakirələr nəticəsində “A” kateqoriyası üzrə 135, “B” kateqoriyası üzrə 13 və “C” kateqoriyası üzrə 288 layihənin dəstəklənməsi məqsədəuyğun sayılıb. Barələrində müsbət qərar qəbul olunmuş 436 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2 581 600 manat vəsaitin ayrılması qərara alınıb. Layihələrin siyahısı mayın 5-də fondun rəsmi internet səhifəsində yerləşdiriləcək. Daha sonra fondun icraçı direktoru Fərhad Hacıyev dördüncü qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihələrin icra və hesabatlılıq vəziyyəti barədə məlumat verib, bir sıra rəqəm və göstəriciləri Müşahidə Şurasının diqqətinə çatdırıb. Şura üzvləri bütün layihələrin monitorinqinin davam etdirilməsinin zəruriliyini vurğulayıb, monitorinq prosesinin səmərəliliyinin artırılmasına yönələn təkliflər irəli sürüblər. İclasda Gənclər Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin icrasının yekunu ilə bağlı resipiyentdən tələb olunan sənədlərin siyahısına dəyişikliklərin edilməsi barədə məsələ müzakirəyə çıxarılıb. Tahir Süleymanov qeyd edib ki, son vaxtlar ayrı-ayrı gənclər təşkilatları və fiziki şəxslər Müşahidə Şurasına müraciət edərək, təsviri və maliyyə hesabatlarının verilməsi üçün fonda təqdim olunan sənədlərin siyahısına müəyyən düzəlişlərin edilməsini xahiş ediblər. Bu məsələ ilə əlaqədar həm Fondun aparatı, həm də qrant verən analoji qurumlarla fikir mübadiləsi aparılıb. İclasda sözügedən siyahıda dəyişikliklərin edilməsi məqsədilə Şura üzvlərindən, fond əməkdaşlarından və ekspertlərdən ibarət komissiya yaradılıb, sənəd hazırlandıqdan sonra razılaşdırılması üçün müvafiq dövlət orqanlarına göndərilməsi qərara alınıb. Müşahidə Şurası işini cari məsələlərin müzakirəsi ilə davam etdirib.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub
22.02.2019
Mingəçevirin innovativ layihələri müəyyənləşib
22.02.2019
“İşıq İnşaat” MTK-nın sakinləri onların rahatlığını pozan restoranın bağlanmasını tələb edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info