Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş turnir yekunlaşıb
Tarix: 05.05.2014 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-cı ildönümünə həsr olunmuş ənənəvi şahmat turnirinə yekun vurulub. Məlumat üçün bildirək ki, yarışlara aprel ayının 12-də start verilmişdi. Vergilər Nazirliyin struktur bölmələrinin əməkdaşlarının iştirak etdiyi turnir Olimpiya sistemi üzrə keçirilib. Nazirlikdən “Palitra”ya verilən məlumata görə, vergilər nazirinin müşaviri Asif Cahangirov yarışın maraqlı rəqabət şəraitində keçdiyini bildirib, qalib gəlmiş əməkdaşları diplomlarla təltif edib.
Turnirin qalibi Vergilər Nazirliyinin Aparat rəhbərinin müavini Əli Həsənov olub. Vergi Auditi Departamentinin əməkdaşı Azay Məmmədov turnirdə 2-ci yeri tutub. 3-cü yer uğrunda yarışda Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Şəhriyar Məmmədov qalib gəlib. Şahmat turnirində Azərbaycanın istedadlı şahmatçısı Vüqar Həşimovun xatirəsini yad etmək məqsədilə ən sürətli qələbə üçün xüsusi mükafat və diplom təsis edilib. Həmin mükafata Vergilər Nazirliyinin Aparat rəhbərinin müavini Əli Həsənov layiq görülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info