Arye Qut: “Azərbaycan sübut edib ki, heç bir ölkə ona diqtə edə bilməz”
Tarix: 05.05.2014 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


İsrailin ITON-TV internet-kanalının “Uçuşların təhlili” verilişində bu dövlətin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfəri, Azərbaycan ilə İsrail arasındakı münasibətlər, Cənubi Qafqaz regionundakı geosiyasi proseslər geniş şərh edilib. Beynəlxalq münasibətlər sahəsində ekspert olan Arye Qut ITON-TV kanalı jurnalistlərinin - Aleks Valdman və Mixail Qorinin suallarına cavabında bildirib ki, İsrailin xarici işlər naziri Aviqdor Liberman artıq beşinci dəfədir Azərbaycana səfər edir: “Azərbaycan-İsrail münasibətləri çiçəklənir və yüksək inkişaf səviyyəsindədir. İsrail başa düşür ki, Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin şəksiz lideridir. Azərbaycan regionun lider dövləti kimi özünü tam təsdiq edib. Onun iştirakı olmadan Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihəni həyata keçirmək mümkün deyil. İsrail Azərbaycanın çoxşaxəli xarici siyasətində əhəmiyyətli yer tutur”.
A.Qutun fikrincə, Azərbaycan xarici siyasətdə müstəqil davranışı ilə sübut edib ki, dünyanın heç bir ölkəsi ona diqtə edə bilməz. Azərbaycanda yaşayan 20 minlik yəhudi icmasına mehriban və səmimi münasibət bəslənilməsində Azərbaycan Prezidenti İlham Əliyevin və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolunu yüksək qiymətləndirən ekspert deyib: “Azərbaycanda antisemitizm yoxdur və heç vaxt olmayıb. Azərbaycan tolerantlıq siyasəti yürüdür və ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, həqiqi sivilizasiyalararası dialoq nümunəsi, bütün xalqların və dini konfessiyaların nümayəndələrinin dinc, yanaşı yaşadıqları ölkədir. Qırmızı Qəsəbə dünyada yəhudilərin sıx yaşadıqları yeganə və unikal yerdir. Azərbaycan Prezidentinin və birinci xanımının himayəsi ilə son dörd ildə ölkədə iki sinaqoqun və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzinin inşa edilməsi faktının özü, əslində, çox şeydən xəbər verir”. İsrail analitikinin fikrincə, Azərbaycan-İsrail münasibətləri hər iki ölkə və xalq üçün mühüm strateji xarakter daşıyır. O, deyib: “İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biri, Azərbaycanın neft-qaz, telekommunikasiyalar, kənd təsərrüfatı sahələrinin ən qabaqcıl texnologiyalarla təchiz edilməsində onun mühüm strateji tərəfdaşıdır”. Ekspertin fikrincə, Azərbaycan, heç şübhəsiz, Cənubi Qafqaz regionunun geosiyasi və geoiqtisadi lideridir, özü də təkcə zəngin neft-qaz ehtiyatları sayəsində deyil. A.Qut deyib: “Həqiqətən də Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olan digər ölkələrdən fərqli olaraq, bu sahədən əldə etdiyi gəlirləri daha geniş məqsədlərə yönəldib. Postsovet Azərbaycanı Cənubi Qafqazda və Yaxın Şərqdə mühüm rol oynadığını isbat edə bilib”. A.Qut vurğulayıb ki, çətinliklərə baxmayaraq, Azərbaycan mühüm beynəlxalq aktorlara həmişə yol tapıb. İsrail analitiki fikirlərini bu sözlərlə yekunlaşdırıb: “Azərbaycanın praqmatik yanaşması, dini dözümlülüyü, dünyanın bir çox digər hissələri ilə müqayisədə diplomatiyanın xeyli dərəcədə daha mürəkkəb olduğu bir regionda öz qonşuları ilə konstruktiv münasibətləri onun uğurla inkişaf etməsində öz rolunu oynayıb”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info