İnformatika Layihə Olimpiadasının final mərhələsinin açılışı olub
Tarix: 05.05.2014 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetində ümumtəhsil məktəbləri şagirdlərinin VII İLO (İnformatika Layihə Olimpiadası) final mərhələsi Azərbaycanın öndə gələn universitetlərindən biri olan Qafqaz Universitetində keçirilir. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi Nano elektronica Estet kompani olimpiadanın təşkilatçılarıdır. Açılışa Azərbaycan ictimaiyyəti ilə yanaşı Türkiyənin Fatih Universitetinin rektoru prof.dr. Şerif Ali Tekalan, Turqut Ozal Universitetinin rektoru prof. dr .Abdulkadir Şengün, Suleyman Şah universitetinin rektoru prof. dr. Hüseyn Ekiz də qatılıb. Olimpiada “Lazım olsa super bir veb səhifə hazırlayaram, mən də film çəkə bilərəm, animasiya yarışı olsaydı, qatılmaq istərdim, proqram yazmaq mənlikdir, uşaqlıqdan maraqlı qurğular hazırlamaq xəyalımdır” kimi fikirlər bir çox gəncimizdə var. Əgər siz də bunlardansınızsa, onda bu yarış sizin üçündür! devizi ilə keçirilir.
İLO respublikamızın İT və kompyuter texnologiyaları sahəsində ən bacarıqlı şagirdlərini bir araya gətirmək arzusundan doğub. Artıq bu il VII-si keçiriləcək məktəblərarası İnformatika Layihə Olimpiadasında iştirak etmək üçün qeydiyyat başlandı. Keçmiş yarışlarda müxtəlif şəhər və rayonlardan lisey və məktəblərdən şagirdlər iştirak etmiş və qiymətləndiriliblər. Bu il də yarışda Azərbaycan respublikasının müxtəlif zonalarından, müxtəlif məktəblərdən şagirdlər hazırladıqları layihələr ilə iştirak edirlər. Yarışın məqsədi şagirdlərin öz ideyalarını kompyuterdə tətbiq edərək maarifləndirici və tərbiyəvi əhəmiyyətli layihələr hazırlaması və bunun vasitəsilə onların həm kompyuter biliklərinin artmasına yardımçı olmaq, həm də kompyuterdən gözəl məqsədlərdə yararlanmağa təşviq etməkdir.
Olimpiadanın keçirilməsində məqsəd məktəblilərin İKT sahəsində biliklərinin və İKT-yə olan maraqlarının artırılması, müasir texnologiyalardan istifadə bacarıqlarının inkişaf etdirilməsidir. Olimpiadada asagidaki kateqoriyalar üzrə layihələr təqdim olunub.
Qısa Film - 14 layihə
Animasiya - 9 layihə
Web Səhifə - 11 layihə
Proqramçılıq - 7 layihə
Robotics - 11 layihə

Yüzlərlə ziyarətçisi olan sərgidə diqqəti ən çox cəlb edən Beynəlxalq Təhsil Mərkəzinin Türk Liseyinin şagirdlərinin hazırladığı yanğın söndürmə maşını və Sumqayıt təfəkkür liseyinin şagirdlərinin hazırladığı işiğın polyarlaşması və maşınqayırmada tətbiqi layihəsi idi. Layihələrin qiymətləndirilməsi ixtisaslı müəllimlər və İKT üzrə mütəxəssislər tərəfindən aparılır.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info