Gənc Diplomatlar Birliyi Azərbaycan Qolf Federasyası ilə birgə konfrans keçirib
Tarix: 05.05.2014 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənc Diplomatlar Birliyi və Azərbaycan Qolf Federasiyasının birgə təşkilatçılığı ilə Federasiyanın inzibati binasında “Azərbaycanın beynəlxalq idman siyasəti: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib. Konfransdan öncə Azərbaycan Gənc Diplomatlar Birliyinin üzvləri, Azərbaycan Qolf Federasiyasının nümayəndələri və qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Tədbirdə YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov, TÜRKPA-nın baş katibinin müavini Mamayusupov Altınbek, Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Aycigit Buranov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının sektor müdiri Rəşad Rumzadə, 2 qat Paralimpiya çempionu İlham Zəkiyev, idman sahəsində tanınmış Milli hakim Təranə Xudabaxşıyeva, Milli Məclisin üzvləri və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi iştirak edib.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov qeyd edib ki, bu cür konfranslar ölkəmizin beynəlxalq idman siyasətində mühüm rol oynayır və konfransın Azərbaycanda təşkil olunacaq birinci Avropa Olimpiya Oyunları ərəfəsində keçirilməsi böyük əhəmiyyət kəsb edir. Daha sonra tədbiri açıq elan etmək üçün söz Azərbaycan Qolf Federasiyasının baş katibi Nigar Süleymanova verilib. Nigar Süleymanova tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, Azərbaycanda təşkil olunacaq qolf turnirləri, ölkəmizin beynalxalq arenda tanınması üçün vasitədir. O, baş tutacaq yarışlarda qolfun ölkəmizdə təbliğatında mühüm rol oynayacağından danışıb. Daha sonra çıxış edən Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov bildirib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunan bu konfrans eyni zamanda 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarına dəstək xarakteri daşıyır. “Bakı son illər ardıcıl olaraq çox nüfuzlu beynəlxalq tədbirlərə, toplantılara ev sahibliyi edir. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu nüfuzlu beynəlxalq tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir”, deyə o qeyd edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info