Füzulililər digər torpaqlarımızın da işğaldan azad olunacağına inanır
Tarix: 05.05.2014 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


“1993-cü ilin avqustunda işğal edilən Füzuli rayonunun 120 min əhalisi ölkənin 58 rayonunda məskunlaşmaq məcburiyyətində qalmışdı”. Bunu Heydər Əliyevin doğum gününün 91-ci ildönümü münasibətilə çəkilmiş, Fizuli rayonunun Horadiz şəhərinin və 22 kəndinin işğaldan azad olunmasından bəhs edən “Böyük qələbəyə inamla” sənədli filminin təqdimatında Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev deyib. A. Alıyev bildirib ki, Füzuli rayonu uğrunda döyüşlərdə 737 nəfər şəhid olub, işğal nəticəsində rayona 5,5 milyard manat ziyan dəyib. O qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində ciddi addımlar atılması nəticəsində 1994-cü il yanvarın 4-dən 5-nə keçən gecə rayonun 22 kəndi və Horadiz şəhəri işğaldan azad edilib: “Daha sonra kənd və qəsəbələrdə quruculuq işləri aparıldı. Bütün bunların nəticəsində məcburi köçkün həyatı yaşamağa məcbur olmuş 120 min rayon sakinindən 70 min nəfəri işğaldan azad edilmiş 22 kənddə və yeni salınmış 19 qəsəbədə məskunlaşıb. Füzulililər prezident İlham Əliyevin rəhbərliyi altında digər torpaqlarımızın da işğaldan azad olunacağına inanır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info