Gürcüstanda yeni virus tapılıb
Tarix: 05.05.2014 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Gürcüstanın Xəstəliklərə Nəzarət Mərkəzi bazar ertəsi ölkədə aşkar olunan virusla bağlı bəyanat yayıb.
Bəyanatda qeyd edilir ki, hazırda Gürcüstanda amerikalı alimlərlə birgə əməkdaşlıq çərçivəsində təbiətin öyrənilməsi, adamların çiçək xəstəliyinin mikrobları olan yeni virusa yoluxma riskinin mümkünlüyü amilləri və yayılma arealı öyrənilir. Bir müddət əvvəl ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzindən Gürcüstanda çiçək xəstəliyinin törədicisi olan yeni virus tapıldığı barədə məlumat verilmişdi. Ən azı üç nəfərin bu xəstəliyə yoluxduğu xəbər verilir.
Gürcüstanlı alimlər xəstələnənlərə sərbəst şəkildə diaqnoz qoya bilmədikdə bununla əlaqədar ABŞ-dan həmkarlarını ölkəyə dəvət ediblər. Вəyanatda deyilir ki, yeni virusa yoluxanlardan ikisi xəstə heyvanlarla təmasda olan çobanlardır. Onlardan birində əvvəlcə Sibir yarasından şübhələnsələr də, laboratoriya yoxlanışı bunu təsdiqləməyib.
ABŞ-dan olan ekspertlərin sonradan apardıqları araşdırmalar göstərib ki, alimlər bu yeni virusa əvvəllər rast gəlməyiblər, ona görə də virusun adı yoxdur.
Məlumata görə, Gürcüstanda bu virusa ilk yoluxma halı 2013-cü ilin yayında qeydə alınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info