Mehriban Əliyevanın dəstəyi ilə inşa edilmiş “Heydər Əliyev Su Təchizatı layihəsi“nin açılışı olub
Tarix: 05.05.2014 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Pakistanın Dera İsmayil Xan ərazisinin (Tayfalar ərazisi) Tank bölgəsində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Azərbaycanın Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə inşa edilmiş "Heydər Əliyev Su Təchizatı layihəsi"nin açılış mərasimi keçirilib. Heydər Əliyev Fondundan verilən məlumata görə, mərasimdə Pakistan parlamenti sədrinin sabiq müavini, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü Fəysəl Kərim Kundi, Xayber Paxtunxva əyalət hökumətinin təmsilçiləri, əyalət assambleyasının deputatları, ətraf kəndlərin ağsaqqalları və media nümayəndələri iştirak ediblər.
Fəysəl Kərim Kundi Pakistanın mütəmadi olaraq terrordan əziyyət çəkən və iqtisadi inkişafdan geri qalan regionunda Heydər Əliyev Fondu tərəfindən belə aksiyanın keçirilməsini yüksək qiymətləndirib, Fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, "Heydər Əliyev Su Təchizatı layihəsi"nin içməli su çatışmazlığından əziyyət çəkən bölgə sakinləri üçün böyük dəstək olduğunu söyləyib. Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov isə 2 xalq arasındakı münasibətlərdən danışıb. Mərasimin ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində keçirildiyini xatırladan səfir ulu öndərin həyat və fəaliyyətindən söz açıb. Diplomat Pakistanın müxtəlif əyalətlərində Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə səhiyyə, təhsil sahələrində silsilə humanitar yardım proqramlarının həyata keçirildiyini də xatırladıb. "Heydər Əliyev Su Təchizatı layihəsi" çərçivəsində dərinliyi 700 metrdən artıq olan quyudan gün ərzində 150 tondan çox içməli su çıxarılacaq. Su ehtiyatı, fasiləsiz elektrik təchizatı qurğusu və supaylayıcı sistemdən ibarət "Heydər Əliyev Su Təchizatı layihəsi" bölgədə yaşayan 40 min sakini içməli su ilə təmin edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info