Polşada Vaqif Mustafazadə yaradıcılığı
Tarix: 05.05.2014 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Bir zamanlar o bizi, Azərbaycanı dünyaya tanıtdı, indi isə biz o borcu geri qaytarmalıyıq, onu layiqincə dünyaya tanıtmalıyıq. Dünya Azərbaycanlıları Konqresi Polşa nümayəndəliyi Polşanın Lodz şəhərində yerləşən Grand Hoteldə, Vaqif Mustafazadənin 74 illiyinə həsr olunmuş Azərbaycan musiqisinin tanıtım gecəsini keçirib. DAK-ın Polşa nümayəndəliyinin rəhbəri Nail Əhmədin “Palitra”ya verdiyi məlumata görə, tədbiri Polşada təhsil alan azərbaycanlı tələbə Əli Əhmədli tarda öz çıxışı ilə başlayıb. Tədbirdə iştirak edən xarici qonaqlara, professor və müəllim heyətinə və Polşanın müxtəlif şəhərlərindən gəlmiş azərbaycanlılara DAK Polşa nümayəndəliyinin rəhbəri Nail Əhməd Azərbaycan musiqisi haqqında geniş məlumat verib və musiqimizin qədim tarixə malik olduğunu bildirib. Bununla yanaşı tədbirdə Azərbaycandan gənc alim Əhməd Şahidov da iştirak edib. Tədbirin ikinci hissəsində isə DAK Polşa nümayəndəliyinin müavini Nəsib İbrahimov, Məhərrəm Qarayev və Yaqub Abbas Caz-Muğam sintezinin banisi Vaqif Mustafazadə haqqında hazırladıqları geniş prezentasiyanı qonaqlara təqdim edib. Sonra Vaqif Mustafazadə haqqında broşürlar və mahnılarının diski gələn qonaqlara xatirə olaraq verilib. Tədbir V.Mustafazadənin Bakı Gecələri kompozisiyası musiqisi altında bitib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Baş Prokurorluq işə qəbulla bağlı müsabiqə elan edir
18.02.2019
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı olub
18.02.2019
Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub
18.02.2019
DGKA-nın tələbələri müxtəlif dövlət qurumlarında təcrübə keçəcəklər
18.02.2019
“ABAD“ “Uğur-2018“ Milli mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10601

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info