Keçmiş kəşfiyyatçılar Obamanı təcili Putinlə görüşə çağırdılar
Tarix: 05.05.2014 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), FTB və Dövlət Departamentinin 9 nəfər keçmiş əməkdaşı Barak Obamaya müraciət ediblər. “Kəşfiyyat veteranları sağlam düşüncə uğrunda” təşkilatının üzvü olan bu kəşfiyyatçılar Obamanı Putinlə görüşməyə çağırıblar. Onlar bildiriblər ki, Obama bütün dünyaya bəyan etməlidir ki, NATO Ukrayna və Gürcüstanı öz sıralarına qatmayacaq. Ukraynaya təklif etməlidir ki, neytrallığını saxlamaq haqqında öhdəlik götürsün. Onların fikrincə, Obama mümkünsə tez bir zamanda Putinlə üzbəüz görüşməli və şəxsi danışıqlarla qarşılıqlı inamı bərpa eləməlidir. Kəşfiyyat veteranlarının bəyanatında qeyd olunur ki, Rusiya ilə Amerikanın münasibətlərinin soyumasının əsas günahkarı Obamanın müşavirləri və Dövlət Departamentinin rəhbəri Con Kerridir. Bəyanat müəlliflərinin fikrincə 2013-cü ildə Obama onların təzyiqindən yan keçərək Suriyaya hücumdan imtina etdi.
Xatırladaq ki, bu təşkilat hələ 2003-cü ildə Prezident Corc Buşa müraciət edərək onu İraqa qoşun yeritməməyə çağırmışdı.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info