“Əyləncəli elm” Xaçmazda
Tarix: 05.05.2014 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyi əməkdaşlıq çərçivəsində Xaçmazda məktəblilərlə “Əyləncəli elm” mövzusunda görüş keçirib, şagirdlər üçün fizika, kimya və bialogiyaya dair maraqlı təcrübələr nümayiş etdirilib. Susay kənd tam orta məktəbində təşkil olunmuş tədbirdə qonaqları rayon təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova rayonda təhsilin inkişafına dövlət qayğısından bəhs edib. Bildirib ki, Xaçmazda 25 min 375 nəfər şagird təhsil alır. Onlar hər il¬ fənn olimpiadaları və digər növ yarışlarda iştirak edirlər. Regionlarda təhsilin, intellektual gəncliyin inkişafı üzrə proqram və layihələr rayonda uğurla icra olunur.
Sonra AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov bildirib ki, Akademiya regionlarda məktəblilər arasında elmin kütləvi təbliğini həyata keçirir. Məqsəd ölkədə gənc nəslin elmə marağının artırılmasıdır. Alimlər bununla əlaqədar ilk görüşünü Şamaxıda keçirib. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin irəli sürdüyü bu təşəbbüs ölkə başçısı İlham Əliyevin imzalamış olduğu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrdən irəli gəlir.
Daha sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov Akademiya haqqında, o cümlədən strukturu və görkəmli alimləri barədə məktəblilərə qısaca məlumat verib. O, intellektual cəmiyyətin inkişafında gənclərin rolundan danışıb, yeniyetmələr arasında elmə marağı artırmaq üçün səyləri birləşdirməyi vacib hesab edib. Bildirib ki, elmin populyarlaşdırılması, o cümlədən məktəblərdə təbliği Akademiyanın köklü kadr siyasətinin tərkib hissəsidir. Vurğulanıb ki, gənclərin potensialından səmərəli istifadə, onların elmə cəlb edilməsi AMEA-da aparılan islahatların prioritet istiqamətlərindəndir.
Çıxışların ardından AMEA-nın Fizika, Radiasiya Problemləri, Kataliz və Qeyri-Üzvi Kimya institutları, həmçinin Mərkəzi Nəbatət Bağının gənc alimləri əyləncəli təcrübələr nümayiş etdiriblər. Mərkəzi Nəbatat Bağının gənc alimi Fərid Seyfullayev ağaclardan götürülmüş nümunələr əsasında onların yaşı, növü və yaşamış olduğu illərdə iqlim şəraitini müəyyən etməyin yollarını göstərib. Məktəblilərə süni vulkan püskürmələri, rəngarəng maddələrin reaksiyaları, fiziki qurğuların “məharətləri” və digər təcrübələr də təqdim olunmuşdur. Şagirdləri təəcübləndirən nümayişlərin elmi izahları, məişət və istehsalatdakı rolu haqqında məlumatlar böyük marağa səbəb olub, məktəblilərin çoxsaylı sualları cavablandırılıb. Sonda görüş gələcəkdə fəaliyyətini elmə bağlamaq arzusunda olan məktəblilər üçün mühüm hadisə kimi qiymətləndirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub
18.02.2019
“Bizim həyət”: abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info