Ermənistanda hakimiyyətdə olanlardan başqa, qalanları səfalət içərisindədir
Tarix: 05.05.2014 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


“ABŞ, Avropa enerji resurslarımızdan bəhrələnir. Bəs Dağlıq Qarabağ məsələsində niyə ədaləti müdafiə etmirlər? Rusiya ilə də, İranla da münasibətlərimiz normaldır. Bəs niyə Dağlıq Qarabağ məsələsində bizə real dəstək vermirlər? Deməli, onlara belə lazımdır”. Bunu Heydər Əliyevin doğum gününün 91-ci ildönümü münasibətilə çəkilmiş, Fizuli rayonunun Horadiz şəhərinin və 22 kəndinin işğaldan azad olunmasından bəhs edən “Böyük qələbəyə inamla” sənədli filminin təqdimatında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Ə. Həsənov qeyd edib ki, adıçəkilən ölkələr tutduqları mövqeyin əsl səbəbini bir dəfə açıq desinlər: “Ona görə də güvənc yerimiz dövlətimiz, xalqımız, Prezidentimizdir. Lazımi qədər texnikası, yetərli sursatı olmayan ordumuz Heydər Əliyevin rəhbərliyi ilə Horadizi, 22 kəndi azad etdi. Bu gün Azərbaycan ordusu regionun ən qüdrətli ordusudur və Prezident İlham Əliyev əmr verəcəyi halda, Göyçə və Zəngəzur da azad ediləcək. Ermənistanda hakimiyyətdə olanlardan başqa, qalanları səfalət içərisindədir. Heç olmasa, acından ölən insanlarının xatirinə düz yolu gəlsinlər. Mən bu yaxınlarda Avropa Şurasından böyük bir jurnalist qrupunu qəbul etdim. Dedim ki, niyə erməni jurnalist gətirməmisiniz? Gəlib, hər şeyi görsünlər. Bəziləri deyirlər ki, ermənilərin Azərbaycana səfəri düzgün deyil. Mən bununla razılaşmıram, gəlib Azərbaycanın inkişafını görsünlər, bəlkə bunların nəticəsində Ermənistanda həqiqəti dərk edəcəklər, çevriliş olacaq”. Ə. Həsənov Türkiyənin Azərbaycana münasibətdə daha ədalətli və obyektiv mövqe nümayiş etdirdiyini də vurğulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info