239 saylı orta məktəbdə Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir
Tarix: 05.05.2014 | Saat: 22:09:00 | E-mail | Çapa göndər


Səbail rayonu, Badamdar qəsəbəsindəki şəhid Tofiq Məmmədov adına 239 saylı tam orta məktəbdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Səbail Rayon İcra Hakimiyyətinin ulu öndərin əziz xatirəsinə həsr olunmuş tədbirlər planı çərçivəsində təşkil olunub. Bayramsayağı bəzədilmiş məktəb həyətində başlanın tədbir Azərbaycanının Dövlət himninin ifası ilə başlanıb. Tədbiri 239 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Sədaqət Əzimova açaraq qonaqları salamlamış, tədbir barədə, onun məqsədi və ulu öndərin doğum günü ilə bağlı məktəbdə görülən işlər barədə məlumat verib. Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışıb. Natiq qeyd etmişdir ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib. Bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Ölkəmizin hər bir vətəndaşının bu nadir xəzinəyə yiyələnməsi, dahi şəxsiyyətin zəngin dövlət idarəçiliyi təcrübəsini, onun həyatının ən ağır anlarında belə doğma xalqına necə misilsiz sədaqətlə, cəsarətlə xidmət etməsini öyrənməsi Azərbaycanın parlaq gələcəyi deməkdir. Azərbaycanda bu gün ümummilli liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eldar Ağayev həmçinin Səbail rayonunda ulu öndərin əziz xatirəsinə həsr olunmuş tədbirlər barədə məlumat verib.
Məktəblilər Heydər Əliyevə həsr olunmuş şer və mahnıları ifa etdilər, ibtidai sinif şagirdləri Ulu öndərin doğum günü ilə bağlı «91» və Heydər Əliyev Fondunun 10 illiyi ilə bağlı «10» rəqəmlərinin fiqurlarını nümayiş etdiriblər.
Sonra məktəbin 15 sinfində «Əsrlərə bərabər illər» mövzusunda elmi-təcrübi seminar keçirilib. Seminarda «Heydər Əliyev və Ordu quruculuğu», «Zəmanəmizin ən Böyük Azərbaycanlısı», «Ölkənin elektrik enerjisi və alternativ enerji mənbələri ilə təmin olunmasında böyük siyasətçinin rolu», «Heydər Əliyev və uşaq hüquqları», «Heydər Əliyev - zəmanəmizin lideri» və s. mövzularda seminar məşğələləri, şagirdlərin ulu öndərə həsr olunmuş elektron təqdimatları və əlamətdar gün münasibəti ilə təşkil olunan tədbirlər çərçivəsində keçirilən «Şən startlar» yarışlarının final mərhələsi keçirilib.
Tədbirdə RİH ilə yanaşı, Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, rayon pedaqoji ictimaiyyətinin nümayəndələri, Badamdar qəsəbə nümayəndəliyi və Badamdar Bələdiyyəsinin rəhbərləri də iştirak ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info