“Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq konfrans
Tarix: 06.05.2014 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetində AMEA Rəyasət Heyəti və BSU-nun birgə təşkil etdiyi ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda V Beynəlxalq Elmi Konfransın açılış mərasimi keçirilib.
Konfransda 12 ölkədən 30-dan çox qonaq (Rusiya, Ukrayna, Belarus, Bolqarıstan, Polşa, Almanya, Türkiyə, Yaponiya, Gürcüstan, İngiltərə, Litva, İtaliya, Qırğızıstan), eləcə də AMEA-nın müxtəlif institutlarından, respublikamızın bir sıra alı təhsil ocaqlarından, o cümlədən Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Saatlı, Cəlilabad və Şamaxıdan nümayəndələr iştirak edirlər. Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının millətlərarası, multikultiralizm və dini məsələlər üzrə dövlət müşaviri, konfransın təşkilat komitəsinin sədri prof. Kamal Abdullayev Bakı Slavyan Universitetinin ulu öndərimizin sənət əsəri olduğunu deyib.
Professor K.Abdullayev Azərbaycanın son illər qazandığı uğurlardan danışıb. K.Abdullayev konfransın “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Heydər Əliyev irsi və Azərbaycanın inkişaf strategiyası”, “Müasir Azərbaycanda multikultural cəmiyyət və millətlərarası münasibətlər”, “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində”, “Azərbaycan tarixi və mədəniyyəti”, “Azərbaycan dili və ədədbiyyatı” adlı bölmələrdə davam edəcəyini nərəzə çatdırıb. AMEA-nın vitse- prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli azərbaycanşünaslıq ideologiyasının yaranmasında ulu öndərin misilsiz xidmətlərindən danışıb: “Azərbaycanşünaslıq - Azərbaycançılığın milli məfkurəyə çevrildiyi, dövlət ideologiyası səviyyəsinə çatdığı vaxtdan yaranıb”. BSU-nun rektoru, prof. Asif Hacıyev bu beynəlxalq konfransın yeni elmi istiqamətə, yeni əməkdaşlıqlara təkan verəcəyini vurğulayıb. Artıq ənənə halını almış “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Rusiya, Belarus, Bolqarıstan və Polşa universitetləri ilə müqavilələrin imzalanacağını bildirib: “Bu konfransın bölmə iclaslarında iştirak bizim tələbələrə, müəllimlərə və doktorantlara yeni informasiyalarla zənginləşməkdə, yeni elmi istiqamətləri araşdırmaqda böyük kömək olacaq”.
Ural Federal Universitetinin kafedra müdiri, Azərbaycan tədris-mədəniyyət mərkəzinin direktoru professor A.G.Nesterov hər gəlişində Azərbaycanın necə dəyişdiyinin, Azərbaycan elminin necə inkişaf etdiyinin şahidi olduğunu, konfransın ildən-ilə daha da möhtəşəm keçirildiyini vurğulayıb. Daha sonra çıxış edənlər konfransın elmi mübadilələr sahəsində böyük uğurlara imza atacağına əminliklərini ifadə ediblər. Konfrans çərçivəsində BSU-nun Polyak Dili və Mədəniyyəti Mərkəzi nəzdində Polyak Dili Bazar Günü məktəbinin açılışı da olub. Bazar günü məktəbində etnik polyaklara, eyni zamanda bütün arzu edənlərə polyak dili tədris ediləcək. Qonaqların Qubaya səfəri, orada yerli ziyalıların nümayəndələri ilə dəyirmi masanın keçirilməsi və Quba soyqırımı memorial kompleksi ilə tanışlığı nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Ölkə ərazisində havanın hərarəti 13 dərəcəyə yüksələcək
24.01.2019
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti birgünlük ləğv edilir
24.01.2019
Xaçmazda özünüməşğulluq proqramı çərçivəsində 126 ailə təsərrüfatı yaradılıb
24.01.2019
Qazaxda Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulur
23.01.2019
Qobustan qəsəbəsinin problemləri həll edilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info