Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin ilk buraxılışı
Tarix: 06.05.2014 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ramana qəsəbəsindəki Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığı kurslarını bitirmiş və buraxılış imtahanından uğurla keçmiş 29 nəfər əlilliyi olan şəxsə peşə şəhadətnamələri təqdim olunub. Onlardan 21 nəfəri kompyuter istifadəçisi, 4 nəfəri bərbər və daha 4 nəfəri isə tikişçi peşələrinə yiyələnib. Tikişçilik kursunu bitirən, lakin imtahandan keçə bilməyən bir nəfər əlilliyi olan şəxsin isə peşə hazırlığının uzadılması qərara alınıb. Şəhadətnamələrin təqdim olunması tədbirində qeyd olunub ki, burada yeni peşələrə yiyələnən əlilliyi olan şəxslərin əmək bazarına çıxışı xeyli asanlaşıb. Həmçinin onlar özünüməşğulluq imkanları qazanıblar. Əlilliyi olan şəxslərin burada yiyələndikləri peşələr üzrə səmərəli məşğulluqlarının qısa müddətdə təmin edilməsi üçün onların yaşadıqları ərazilər üzrə məşğulluq xidməti orqanlarına məktubla müraciət ediləcək. Mərkəzdə ümumilikdə 10 peşə (xalçaçılıq, toxuculuq, tikişçilik, bərbərlik, kompyuter istifadəçisi, ağac üzərində oyma, rəssamlıq, kulinariya və s.) üzrə peşə hazırlığı kursları təşkil edilir və hazırda bu kurslarda 97 nəfər əlilliyi olan şəxs peşə təlimindədir. Peşə şəhadətnamələri alan əlilliyi olan şəxslər sevinclərini bölüşərək, onların rifah halının yaxşılaşdırılması, tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiya olunmaları, həmçinin məşğuluq imkanlarına yiyələnmələri üçün göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.
Ötən ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə açılmış Ramana Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində ayrı-ayrı bölgələrdən gəlmiş əlillərin qalması üçün 53 otaqdan ibarət yataqxana var. Mərkəzdə əlilliyi olan şəxslərin tibbi xidmətlə təmin olunması üçün tibbi korpus, yeməkxana və kommunal xidmət korpusları, idman zalı, eləcə də stolüstü idman və trenajor zalları, incəsənətin ayrı-ayrı növləri üzrə dərnəklər və s. fəaliyyət göstərir. Müasir avadanlıqlarla təchiz olunmuş 188 yerlik müəssisədə həmin şəxslərin fizioterapevtik müalicəsi və asudə vaxtlarının mənalı təşkili istiqamətində də müvafiq işlər aparılır.

İlkin





 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info