Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün çox iş görmək lazımdır
Tarix: 06.05.2014 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


“Azərbaycanda “İcbari tibbi sığorta haqqında” qanun qəbul olunub. Bu qanunun bir mühüm maddəsi Azərbaycanda icbari tibbi sığortanın qəbul edilməsidir. Müəyyən obyektiv səbəblərlə əlaqədar bu qanun yerinə yetirilməyib. Artıq bu məsələ üzərində iş aparılır. Ümid edirəm ki, aparılan işlər zamanı çatanda icbari tibbi sığortanın tətbiqini mümkün edəcək”. Bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu, 9,5 milyon əhalinin hər birinin mənafeyinə toxunan, düşündürən bir məsələdir: “Bunun üçün çoxlu iş görmək lazımdır və asan məsələ deyil. Həm həcminə, həm də kütləviliyinə görə bu bir qədər ciddi məsələdir. Prinsip etibarilə söhbət Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin yeni mexanizminin yaradılmasından gedir. Ona görə də bu istiqamətdə ciddi şəkildə işlər və araşdırmalar aparılır. İcbari tibbi sığortanın tətbiqi üçün çox iş görmək lazımdır. Əhali və həkimlər həm hüquqi sənədlərin hazırlanması, həm səhiyyə müəssisələrində yeni maliyyələşdirməsi modellərinin seçilməsinə, həm səhiyyə müəssisələrinin bu modelə uyğunlaşdırılmasına hazırlanmalıdır. Bu işlər hamısı ardıcıl şəkildə həyata keçiriləcək. Güman edirəm ki, biz bunu Azərbaycanda yaxşı şəkildə həyata keçirəcəyik”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info