Əsas məsələ səhiyyə xidmətinin keyfiyyətini yüksəltməkdir
Tarix: 06.05.2014 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda ana və uşaq ölümü faktlarına münasibət bildirib. O, ana və uşaq ölüm ilə bağlı hadisələrdən təəssüfləndiklərini deyib. Bu hadisələrin hər birinin ciddi şəkildə araşdırıldığı və bununla bağlı müvafiq tədbirlərin görüldüyünü deyən Ə. Əhmədov əlavə edib ki, əgər kiminsə günahı ucbatından belə hallar baş verirsə, həmin şəxs cəzasını almalıdır: “Bu gün Prezident İlham Əliyevin tələbi ondan ibarətdir ki, Azərbaycanda səhiyyə xidmətinin keyfiyyəti yaxşılaşdırılsın, ana-uşaq ölümü kimi hallar baş verməsin və bu cür hallar aradan qaldırılsın. Ümumiyyətlə, Azərbaycan əhalisinə göstərilən səhiyyə xidmətinin keyfiyyəti yaxşılaşdırılsın. Bizim məqsədimiz bundan ibarətdir. Azərbaycanda hər bir vətəndaşın yüksək səviyyəli tibbi xidmətlə təmin olunmaq hüququ var. Səhiyyənin infrastrukturu yeniləşib, Azərbaycanda dünya standartlarına uyğun səhiyyə müəssisələri istifadəyə verilib. İndiki halda bizim qarşımızda duran əsas məsələ odur ki, səhiyyə xidmətinin keyfiyyəti yüksəlsin, həkimlərin peşəkarlıq səviyyəsi yüksəlsin. Hər bir azərbaycanlıya ölkəmizdə yüksək səviyyədə səhiyyə xidməti göstərilsin ki, Azərbaycandan kənara müalicə üçün gedənlər olmasın”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info