DSMF sədri: “Ölkənin inkişaf modelinin mərkəzi həlqəsi sosial rifahdır”
Tarix: 06.05.2014 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. Mərasim iştirakçıları öncə Heydər Əliyev Mərkəzini ziyarət edərək, Mərkəzdə fəaliyyət göstərən və ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini özündə əks etdirən Heydər Əliyev Muzeyinin eksponatları ilə tanış olublar. Daha sonra Dövlət Sosial Müdafiə Fondunun inzibati binasının foyesində ulu öndərin büstü önünə əklil qoyularaq, əziz xatirəsi ehtiramla yad edilib. Sonra tədbir fondun akt zalında davam etdirilib. Tədbirdə çıxış edən DSMF-nin sədri Elman Mehdiyev ümummilli lider Heydər Əliyevin sosial quruculuq sahəsində gördüyü işlərdən söhbət açaraq bildirib ki, Azərbaycan xalqının müstəqil dövlət quruculuğu kimi şərəfli tarixi vəzifəni yerinə yetirməsi bütün çətinliklərə öz dühası ilə qalib gələn böyük şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin milli inkişaf strategiyası və onun icrası sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar qloballaşmanın diktə etdiyi yanaşma meyarları ilə milli reallıqlara əsaslanan baxışların uğurla əlaqələndirilməsini təmin edib, ölkəmizin müasir inkişaf modelini formalaşdırıb. Bu modelin əsas mərkəzi həlqəsi və dövlət quruculuğu fəlsəfəsinin başlıca elementi sosial rifahdır. “Bu gün hər bir azərbaycanlı Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf edən Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur, böyük öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməkdə görür. Fəxrlə söyləyə bilərik ki, xalqımızın ümummilli liderinin "Azad, sərbəst demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini göstərəcək" arzusu Prezident İlham Əliyevin səyi nəticəsində tam reallığa çevrilib.” Ümummilli liderin xatirəsinə həsr olunmuş mərasimdə iştirak edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ulu öndərin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, ölkəmizin iqtisadi inkişafı, beynəlxalq nüfuzunun artırılması istiqamətində gördüyü işlərdən bəhs edib. S. Novruzov bildirib ki, ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb. Digər çıxış edənlər ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, onun ölməz ideyaları, ölkədə dinamik sosial-iqtisadi inkişafın təmin edilməsində, demokratik-hüquqi, vətəndaş cəmiyyətinin yaradılmasında əvəzsiz xidmətlərindən danışıblar.
İlkin




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info