Əməyin mühafizəsi sahəsində Almaniya təcrübəsi öyrənilir
Tarix: 06.05.2014 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Dövlət Əmək Müfəttişliyi Xidmətinin strukturunda olan laboratoriyaların fəaliyyəti yenidən qurulacaq

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin başçılıq etdiyi nümayəndə heyəti bu günlərdə Almaniya Federativ Respublikasında səfərdə olub. Səfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin strukturunda olan laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsi və yenidən qurulması ilə bağlı olaraq, bu sahədə Almaniya təcrübəsinin öyrənilməsi məqsədinə xidmət edib. Səfərin ilk günü nümayəndə heyəti Almaniyanın Köln şəhərindəki Enerji, Tekstil, Elektrik, Mətbuat sahələri üzrə Peşə Assosiasiyasının (BG ETEM) direktoru Jens Jühling, Almaniya Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının (DGUV) Beynəlxalq əlaqələr şöbəsinin direktoru Gregor Kemper, Laboratoriyanın digər əməkdaşları ilə rəsmi görüş keçiriblər. Görüşdə BG ETEM-in fəaliyyət dairəsi barədə geniş məlumat əldə olunub, həmçinin Assosiasiyanın sığorta fəaliyyəti, bədbəxt hadisələrin qarşısının alınması üzrə qabaqlayıcı tədbirləri barədə nümayəndə heyətimizə ətraflı məlumatlar verilib.
BG ETEM-in bir sıra test laboratoriyalarının fəaliyyət mexanizmi ilə tanış olan nümayəndə heyəti DGUV-un Baş direktoru Joahim Breyerlə də görüşüb. Görüşdə təşkilatın nəzdindəki Xəstəliklərin Qarşısının Alınması və İstehsalat Təbabəti, Əməyin Mühafizəsi, Əmək və Sağlamlıq İnstitutlarının, Peşə Assosiasiyalarının fəaliyyəti haqqında məlumatlar əldə olunub. Nazir müavini İ.İsayev qarşılıqlı əməkdaşlığın yüksək qiymətləndirildiyini və əməkdaşlığın Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. İ.İsayev çıxışında Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin laboratoriyalarının fəaliyyətinin qarşılıqlı əməkdaşlıq şəraitində yenidən təşkil edilməsi və gücləndirilməsi ilə bağlı köməklik göstərilməsi məsələsini qaldırıb və qarşı tərəf bu təklifi qəbul edib.
Cənab J.Broer də öz növbəsində ƏƏSMN ilə əməkdaşlığı yüksək dəyərləndirib. Tərəflər razılığa gəliblər ki, gələcəkdə əməkdaşlığı daha geniş və səmərəli inkişaf etdirmək üçün razılaşdırılmış proqram əsasında fəaliyyət göstərsinlər.
Əməyin Mühafizəsi İnstitutunun direktor müavini prof.doktor Rolf Ellegastla görüşdə isə nümyəndə heyətimiz institutda həyata keçirilən layihələr, iş yerlərində fiziki və kimyəvi amillərin, bioloji maddələrin təsiri, məhsulların və avadanlığın təhlükəsizliyi və s. məsələlər üzrə aparılan elmi araşdırmalar və tədqiqatlarla tanış olub.
Səfər zamanı nümayəndə heyəti Nürnberq şəhərində İnşaat sahəsində Assosiasiyanın Təhlükəsizlik üzrə Praktiki Mərkəzinin fəaliyyəti ilə də tanış olub. Tanışlıq zamanı tikinti sahəsində tətbiq edilən fərdi və kollektiv mühafizə vasitələri, əl əməyinin azaldılmasına, işçilərin əməyinin yüngülləşməsinə kömək edən avadanlıqlar, ləvazimatlar, qoruyucu çəpərlər barədə, eləcə də tikintidə istifadə edilən alətlərdən təhlükəsiz istifadə qaydaları barədə əyani formada məlumatlar verilib. Keçirilən görüşlərdə Azərbaycanda əməyin mühafizəsi normalarına uyğunluğun ölçülməsi üçün xüsusi laboratoriyaların yaradılmasında, onların müvafiq avadanlıqlarla təchiz olunmasında Almaniya ilə gələcək əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info