150 min tələbə Bakı 2015 Avropa oyunları ilə bağlı rəy bildirəcək
Tarix: 06.05.2014 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


7 may 2014-cü il tarixdən başlayaraq 150 min tələbənin iştirakı ilə “Bakı 2015 İlk Avropa Oyunları” başlıqlı rəy sorğusuna start veriləcək. 15 iyun tarixinədək davam edəcək sorğu Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Prezidenti yanında Gənclər Fondunun və “Bakı 2015 İlk Avropa Oyunları”nın təşkilat komitəsinin dəstəyi ilə paytaxt Bakı və ölkəmizin regionlarının təhsil müəssisələrinin tələbələri arasında gerçəkləşəcək. Bu gün keçirilən mətbuat konfransında ATGTİ-nin sədri Şahin İsmayılov və Prezident Yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov gerçəkləşəcək layihə ilə bağlı mətbuat nümayəndələrinə məlumat veriblər.
Şahin İsmayılov deyib: “Bu ölkəmizdə tələbələr arasında gerçəkləşəcək ən böyük layihələrdən biri olacaq. 150 mindən artıq tələbə arasında aparılan sorğu nəticəsində 12-15 min könüllü tələbə seçiləcək.”
Könüllülərin seçimi prosesinə 300-dən artıq tələbə cəlb olunub. Nəticə etibarı ilə müsabiqədən keçmiş könüllülər üçün Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin xətti ilə ölkəmizə gələcək xüsusi şəxslər tərəfindən treninqlər təşkil olunacaq.
15 iyun tarixinədək keçiriləcək sorğunun əsas məqsədləri tələbə - gənclərin “Bakı 2015 İlk Avropa Oyunları”na münasibətini öyrənmək, onlara bu yarışma haqqında dolğun məlumat verərək, tələbə - gənclərin bu möhtəşəm idman tədbirində könüllü olmaq (və ya olmamaq) istəklərini müəyyənləşdirməkdir. Bundan əlavə oyunlarda könüllü olmaq istəyən tələbə - gənclərə şərait yaradaraq, onların yarışlara cəlb olunması və gələcəkdə istifadə oluna biləcək ümumi könüllü məlumat bazasının formalaşdırılması da sorğunun əsas məqsədlərindəndir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info