“Publico.es”: “ABŞ Asiya və Avropanı bir-birindən ayırmağa çalışır”
Tarix: 06.05.2014 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


İspaniyanın “Publico.es” nəşri ABŞ-ın dünyada hegemonluq planlarına və qarşıdurma niyyətlərinə dair yazı yazıb. Yazıda bildirilir: “Hətta, özünün daha yaxşı imperialist vaxtlarında belə, Vaşinqton intiharçı kimi çıxış etməyi qərara almazdı. Ukraynada Rusiyaya qarşı birbaşa dayanmağı planlaşdıran Barak Obama asiyalı müttəfiqləri olan Yaponiya, Cənubi Koreya, Malayziya və Koreyaya özünün “Asiyaya qayıdış” siyasəti çərçivəsində baş çəkərək Çinin dünyada güclənməsinin qarşısını almağa çalışır.
Çinlə Yaponiya arasında strateji baxımdan vacib Cənubi Çin dənizi uğrunda mübahisə isə qızışıb. Bu dəniz sırf nəqliyyat arteriyasından başqa, özünün yurisdiksiyasını hərbi məqsədlər üçün əlverişli Senkaku adalarına da aid edir, həmçinin böyük neft və qaz yatağı sayılır. Bu mübahisə Malakk boğazı üstündə də alovlanıb. Bu boğaz Şərqi-Çin dənizini Hind okeanı və Avropa ilə birləşdirir. ABŞ Çinin xaricdə hərbi bazasının olmaması barədə antiçin təbliğatının yardımı ilə Çinin qonşularını çaşdırmağa çalışır ki, özünün hərbi obyektlərini regionda gücləndirsin, həmçinin Çinlə qonşu ölkələri NATO-ya qoşulmağa vadar etsin.
Obama administrasiyasının “əjdaha ovçuları” “Pandanın dostları”nı sıxışdırırlar. Münasibətlərin səngiməsi və soyuqlaşması “Səmaaltı” dövlətlə əməkdaşlıq üzərində hakimlik edir. Hazırkı ana qədər Vaşinqton diqqətini ona cəmləmişdi ki, enerjidaşıyıcı kanalların (O cümlədən Liviyanın, İranın, Sudanın) yolunu öz iqtisadi rəqibinə qarşı bağlasın. Amma indi o, daha etibarlı müharibə ssenariləri üzərində işləyir. “The Wall Street”ın bildirdiyinə görə, Pentaqon “AirSea battle” kodu altında Çin həndəvərində güclü müşahidə tədbirləri həyata keçirmək istəyir. Həmçinin qırıcı-bombardmançıların yerləşdirilməsi, raketlərin düşmən infrastrukturlarının məhv edilməsi üçün istifadə edilməsi, aviadaşıyıcıların Tayvan boğazına yönləndirilməsi niyyəti də güdülür. Amma qəzet o haqda yazmır ki, Vaşinqton ona sərf etməyən ölkələrdə vəziyyəti gərginləşdirmək üçün terrorçu qruplardan da yararlanır.
Xarakterikdir ki, Ukraynada dinc sakinlərin qəddar radikallar tərəfindən öldürülməsinin həyata keçirilməsi, Kiyevə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennanın və ABŞ vitse-prezidenti Co Baydenin səfəri ilə eyni vaxta təsadüf edib. Müsəlmanların üstünlük təşkil etdiyi, Əfqanıstan və Pakistanla(ABŞ müttəfiqləri) sərhəddə yerləşən Sinszyan-Uyğur Muxtar Rayonunda terakt isə Obamanın Asiya turnesindən sonra gerçəkləşib”.

Qafqazdan zərbə

Yazıda bildirilir: “Rusiya tərəfindən bəyan edilən “Ukraynada Rusiya vətəndaşlarına hücum Rusiya Federasiyasının özünə hücum kimi qiymətləndirilməlidir” mövqeyi Putin üçün tələ ola bilər. Bu, əslində Vaşinqtonun səy göstərdiyi məsələdir – Rusiyanı Ukraynada uzun və üzücü müharibəyə cəlb etmək, bununla onun iqtisadiyyatını çökdürmək, onun nüfuzunu dünyada zəiflətmək, onun postsovet ölkələri ilə münasibətlərinin yaxşılaşdırılması prosesinin qarşısını almaq, Köhnə Dünyanı etibarlı ticarət tərəfdaşından məhrum etmək, Avropanı Moskvaya qarşı iqtisadi sanksiyalarda iştirak etməyə məcbur etmək və ona qaz ixrac edən ölkəyə qarşı müharibəyə getməyə vadar etmək.
Həmçinin əlbəttə, NATO-nun vacibliyi haqqında bəyanatlar vermək də bu məqsədlərə daxildir. Pentaqon Polşada, Estoniyada, Litvada və Latviyada böyük sayda desant yerləşdirməyə, Qara dənizə hərbi gəmi göndərməyə, bir neçə ay sonra Ukrayna ilə birgə “Trezubeç əməliyyatı” adı altında təlimlər keçirməyə hazırlaşır.
Putin Ukraynada dinc sakinlərin qorunması üçün beynəlxalq sülhyaradıcı güclərin göndərilməsini tələb edə bilər. O, bu tələbi həmin dinc sakinlərin rusdilli olub-olmamasından asılı olmayaraq edə bilər”.
Daha sonra qeyd edilir ki, Rusiyanın dövlət təhlükəsizliyinin pozulması üçün onun qaz xətlərinə, nəqliyyat şəbəkələrinə, turistik zonalara zərbələr planlaşdırılır: “Bunun üçün qruplaşma Suriya cəbhəsindəki Al Nusra və Tatarıstan vahabiləri ilə birlikdə hərəkət edəcəklər. Bütün bunlar isə Al Qaida ilə əlaqəlidirlər.
Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyinin tanınması məsələsində Rusiya ilə Gürcüstan arasında yaranmış ixtilaf isə açıq qalır və hər zaman yeni silahlı münaqişəyə səbəb ola bilər. Bu dəfə isə sentyabrdan sonra – Gürcüstan NATO-nun növbəti üzvü olduqdan sonra bu münaqişə başlaya bilər”.
Yazıda daha sonra bildirilir: “ABŞ həm də Asiya və Avropanın iqtisadi inteqrasiyasına mane olmağa çalışır(Ukrayna Avrasiya ilə Avropa arasında əlaqələndirici halqa olmalı idi). O, enerjidaşıyıcıların dünya miqyasında ötürülməsini öz nəzarətinə götürmək istəyir, bunların dollarla hesablanmasına çalışır. Neokonservatorların beynəlxalq siyasətdə savadsız saydıqları Barak Obama öz üzərinə titanik bir yük götürüb: o, Çinlə “rus ruletkası” oynayır. Onun hərisliyi əgər heç bir bəhrə verməsə, onda Ağ evin siyasi əlçatanlığı yalnız Çinlə Rusiyanın hərbi əməkdaşlığının möhkəmlənməsinə aparıb çıxaracaq. Halbuki hazırda ABŞ-la Avropa Birliyinin münasibətləri bütün bu münaqişələr nəticəsində zəifləyir”.
O da qeyd edilir ki, digər birgə tədbirlərlə yanaşı, Moskva və Pekin mayın sonunda Şərqi-Çin dənizində birgə hərbi-dəniz təlimləri keçirməyə hazırlaşırlar.


İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info