“Əbədiyaşar lider ” adlı VI Gənclik Şənliyi təşkil olunub
Tarix: 06.05.2014 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Ənənəvi olaraq Qafqaz Universiteti gənclərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi ərəfəsində təşkil olunan və Vətənin gələcəyini tərənnüm edən “Əbədiyaşar lider ” adlı VI Gənclik Şənliyi təşkil olunub.
Respublikamızın mütərəqqi fikirli, təmiz vicdanlı vətəndaşları çox gözəl bilir ki, Azərbaycan elminin, maarifinin, mədəniyyətinin inkişafı, tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır.“Dahi öndərin doğum gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində ənənəvi olaraq hər il təşkil olunan şənlikdə müstəqil yaradıcılıq və fəaliyyət növünü seçmiş klub üzvlərinin hazırladıqları milli və qardaş xalqların mətbəxindən nümunələr, türk xalqlarının qədim sənət nümunələri, çərpələng uçurtma və s. əyləncələr, özfəaliyyət kollektivlərinin rəngarəng çıxışları xüsusi yer alıb.
İmran İbişovun ifasında Vaqif Kəhrizlinin “Bizimlədir, sağdır Heydər!” şeirini, Fəridə Məmmədli ifasında “Bu diyarın” mahnısını, Qafqaz Universitetinin “Tələbə baharı” festivalının laureatı adına layiq görülən xor özfəaliyyəti kollektivi “Yağış yağır” mahnısını, muğam ustası Fəridə Mirişova ifasında muğam, Elgün Camal ifasında mahnılar, universitetimizin tələbəsi Könül Rəhimlinin ifasında isə “Qal sənə qurban” adlı lirik ovqatlı musiqi, “Tələbə baharı” festivalının Milli rəqslər üzrə III yerə layiq görülən qızlardan ibarət rəqs kollektivi “Bulaq başı” şən rəqsini ifa ediblər. Türk dünyasında tanınmış saz ifaçısı Aqşin Tariyeloğlunun, tanınmış saksofon ifaçısı Elmar və skripkada Ramin ifaları tədbirə rəng qatıb.
Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç çıxışında bildirib ki, səma təmiz olduqca, uzaq üfüqlər daha aydın görünür. Doğma vətənimizin göylərində qara buludlar çəkildikcə yeni, müstəqil Azərbaycanımızın gələcəyi daha parlaq, daha işıqlı görünür. Bunun üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, öz işimiz, əməyimiz, hünərimizlə ona yardımçı olmalıyıq. Bunu bizdən xalqımızın ümummilli lideri Heydər Əliyevin ruhu tələb edir.
Tədbirdə universitet tələbələrindən il ərzində keçirilən müsabiqə, yarış və festivallarda müxtəlif nominasiyalar üzrə uğur qazanan tələbələr mükafatlandırılıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info