Türkiyədə prezidentliyə namizəd kim olacaq?
Tarix: 07.05.2014 | Saat: 01:53:00 | E-mail | Çapa göndər


Türkiyədə növbəti prezident seçkilərinin vaxtı yaxınlaşdıqca siyasi müstəvidə müzakirələr qızışmaqda, proseslərə ictimaiyyətin marağı sürətlə artmaqda davam edir.
Növbəti prezident seçkilərinin vaxtı 2014-cü il avqustun 10-na təyin edilib. Ölkənin Yüksək Seçki Komissiyasının bu barədə qəbul etdiyi qərara görə, birinci turda qalib müəyyən olunmayacağı təqdirdə səsvermənin ikinci turu avqustun 24-də keçiriləcək. Xarici ölkələrdəki Türkiyə vətəndaşlarının səsvermədə iştirakını təmin etmək məqsədilə bu ölkənin diplomatik nümayəndəliklərdə səsvermə məntəqələri yaradılacaq. Siyasi partiyaların hansı namizədlə seçkiyə qatılacaqları, yarana biləcək “seçki blokları”, partiyaların seçəcəkləri seçki taktikaları, partiyaların seçici elektoratlarına nüfuz imkanları və s. məqamlar ictimaiyyəti və medianı düşündürən suallar sırasındadır. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) hansı namizədlə seçkidə iştirak edəcəyi də ən aktual müzakirə mövzuları çərçivəsindədir. AKP təmsilçilərinin məlumatlarına görə, “vahid namizəd” məsələsində hakim partiyanın heç bir problemi yoxdur. Prezident Abdullah Gül və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ayrı-ayrı vaxtlarda səsləndirdikləri açıqlamalarda bildiriblər ki, “vahid namizəd” məsələsi ilə bağlı yekdil qərar veriləcək. Ekspertlər hesab edirlər ki, Baş nazir Rəcəb Tayyib Ərdoğanın AKP tərəfindən vahid namizəd olmaq şansı daha böyükdür. Xatırladaq ki, bu, Türkiyədə ümumxalq səsverməsi yolu ilə keçiriləcək birinci prezident seçkiləridir.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info