Əcnəbilər Çinin əmək bazarından dəyişikliklər gözləyir?
Tarix: 07.05.2014 | Saat: 01:59:00 | E-mail | Çapa göndər


Əhalisinin sayına görə dünyada liderlik edən Çində xarici vətəndaşlara iş tapmaq üçün yaxşı şans mövcuddur. «Expat Explorer Sorğu» təşkilatının illik araşdırmalarına görə, Çin, son illər ekoloji problemləri və iqtisadi artımda yavaşlamasına baxmayaraq, əcnəbilərin işləyib-yaşaması üçün ən yaxşı ölkə hesab edilib.
Yeri gəlmişkən, xatırladaq ki, Rusiya bu sorğuda yeddinci yerdə göstərilib. Ölkənin turizm idarəsinin hesablamalarına görə, Çinin bu üstünlüyə nail olmasında rusların da xidməti olduğu etiraf edilir. Belə ki, Çinə iş üçün gələn miqrantların 8,4%-ni (269.000 min nəfər) ruslar təşkil edib. Beləliklə, ruslar Filippin (622.700 nəfər) və Cənubi Koreyadan (386,000) sonra Çində əmək təchizatını təmin edən ölkələr sırasında üçüncü sırada qərarlaşır.
Qeyd edək ki, əvvəlki illərdə, konkret olaraq 2012-ci ildə Çində ruslar əcnəbi miqrantların 9.7% -ni təşkil edirdi və onlar koreyalılardan sonra ikinci ən böyük işçi qüvvəsini təşkil edirdilər.
Son illər ölkədə əmək şərtləri ruslara qarşı dəyişdirilibmi? Etiraf etmək lazımdır ki, bu, çox mürəkkəb bir prosesdir.
“Bu gün ən bacarıqlı çinli tələbələr xaricdə təhsil almağa meyillidirlər. Onlar təhsillərini başa vurub geri dönərkən, yerli şirkətlər xarici mütəxəssislərdən çox onlara üstünlük verirlər. Bu səbəbdən ölkədə işləyən xarici vətəndaşın ali təhsil müəssisələrində iş tapmasına çətinlik yaradır”. Bunları artıq 6 ildir ki, Rusiyadan gələrək musiqi təhsili verən Qalina deyir: “Mənim işimin həcmi 3-4 il əvvəl ilə müqayisədə iki dəfə azalıb və bu, mənim aylıq gəlirimə də təsirsiz ötməyib”.
Yerli universitetlərdən birində rus dilindən dərs deyən Qalinanın adaşı olan müəllimə iş üçün müraciət edən namizədlərə tələblərin əvvəlki illərlə müqayisədə artırıldığını bildirir: “Çin universitetlərində rus dili müəllimi kimi işləmək üçün nəinki təcrübə, eyni zamanda elmi dərəcə də tələb olunur”.
Xatırladaq ki, beş-altı il əvvəl Çinin bölgələrdəki ali məktəblərinə ali təhsilli xarici müəllimləri işə götürərkən, onlardan ixtisaslaşma profili tələb olunmurdu. Bununla belə, əyalətlərdəki ali məktəb müəllimlərinin aylıq məvacibi 5000- 6000 yuan arasındadır.
Daha bir problem. Çində fəaliyyət göstərən Rusiya şirkətlərindən birinin filialında çalışan işçi bildirir ki, bizim işçilər üçün əvvəllər vizalar bir il üçün verilirdi. İndi onların vizaları altı aya endirilib. Bununla yanaşı, sənədlərin yenilənməsi zamanı, şirkətə əlavə işçi qəbul edərkən əlavə sənədlər tələb edilir.
Bütün bunlarla yanaşı, ölkənin sənaye sektorunda xarici miqrantlar üçün iş tapmaq asandır. Əsasən də, xarici şirkətlərdə mühəndis kimi çalışmaq yaxşı gəlir gətirir, «Expat Explorer Sorğu» təşkilatının hesablamasına görə, Çində belə peşə sahiblərinin illik əməkhaqqı 74 min dollardan artıq olur.
Yekun kimi qeyd edək ki, bütün müsbət və mənfi cəhətləri analiz edən rusiyalı müəlliməyə görə, Çinə ilk gələn əcnəbi vətəndaş üçün bu həyata alışmaq çox çətindir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb
09.12.2018
Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 1700 nəfəri ötüb
09.12.2018
İngiltərədə 130-a yaxın ictimai kitabxana bağlanıb
09.12.2018
Brüsseldə polis `sarı jiletlər`in aksiyasını dayandırmağa çalışır
08.12.2018
Fransada etiraz aksiyalarında 31 min nəfər iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info