TUMİB ulu öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirdi
Tarix: 07.05.2014 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə "Azərbaycan gənclərinin xaricdə təhsil almasında Heydər Əliyevin xidməti" adlı tədbir keçirildi. Tədbirdə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Rafiq Baxşıliyev, professor Fərrux Rüsəmov, professor Elman Quliyev, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, Rusiyada təhsil almış Zakir Abdullayev, Litvada təhsil almış Ceyhun İbrahimov və digər qonaqlar, universitetin tələbələri iştirak edib. Əvvəlcə tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. TUMİB-in sədri Çingiz Bayramov çıxış edərək müasir müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən, gənclərə olan qayğısından danışıb. Bildirilib ki, Heydər Əliyev irsinin öyrənilməsi gənclərimizə sabaha inam aşılayır: “Ulu öndər hələ sovetlər birliyində ölkəyə rəhbərlik etdiyi dönəmlərdə azərbaycanlı gənclərin ittifaq ali məktəblərində təhsil alıb, peşəkar kadr kimi yetişməsinin əsasını qoyub. Bu gün yüksək dövlət idarəçiliyində təmsil olunan yüzlərlə kadr məhz ulu öndər Heydər Əliyevin sayəsində belə peşəkar mövqeyə sahib olublar. Azərbaycan gəncliyinə bu gün diqqət yüksək səviyyədədir və ölkə gəncliyi bütün xarici ideologiyaların ölkəmizə idxalına qarşı qətiyyətlə “yox” deyir. Gənclərimiz azərbaycançılıq və Heydər Əliyev ideyalarına sadiqdir”.
Sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev diqqətə çatdırıb ki, ulu öndər həqiqətən də Azərbaycan tarixində müstəsna rol oynamış bir şəxsiyyətdir. Çünki dahi şəxsiyyət hələ Sovet dövründə bəlkə də hər şeyin “əla” olduğu bir vaxtda xalqının və millətinin gələcəyi haqqında düşünürdü. O zaman həqiqətən də xaricdəki təhsil respublika təhsilindən daha mükəmməl hesab olunurdu. Ən başlıcası təhsildə obyektivliyin təmin olunması əsas göstərici idi”. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Rafiq Baxşıliyev, professor Fərrux Rüsəmov, professor Elman Quliyev, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, Rusiyada təhsil almış Zakir Abdullayev, Litvada təhsil almış Ceyhun İbrahimov çıxış edərək Ulu öndərin daim azərbaycanlı gənclərin xaricdə təhsil almalarına böyük əhəmiyyət verdiyini vurğulayıblar.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info