Heydər Əliyev Pakistan mətbuatında
Tarix: 07.05.2014 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Pakistanın ingilisdilli "The Frontier Post" qəzetində ulu öndər Heydər Əliyev haqqında "Millətini uca zirvələrə qaldırmış dahi insan" adlı məqalə dərc edilmişdir.
Müəllif Sabah Aslam məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verir.
Məqalədə bildirilir ki, 1993-cü ilin iyununda Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıdıb. Heydər Əliyev vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmiş, iqtisadiyyatı dağılmış vəziyyətdə olan, ərazisinin müəyyən hissəsi işğal olunmuş bir ölkənin Prezidenti seçilib.
Qeyd edilir ki, xarizmatik və müdrik lider olan Heydər Əliyev Azərbaycanın Qərb və Şərq ölkələri ilə sıx əlaqələr qurmasına nail olmuş və bununla da öz ölkəsini dünya miqyasında mühüm əhəmiyyətli dövlətlər sırasına daxil edib. Məqalədə Heydər Əliyevin ölkənin maraqlarına uyğun balanslaşdırılmış siyasət apardığı vurğulanır.
Müəllif qeyd edir ki, Heydər Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində Azərbaycan ordusu yaradılıb, işğalçı Ermənistanla atəşkəs müqaviləsi imzalanıb.
Yazıda Heydər Əliyevin təşəbbüsü ilə "Əsrin müqaviləsi"nin imzalandığı, Azərbaycana milyardlarla dollar sərmayə qoyulduğu vurğulanır. Bildirilir ki, məhz Heydər Əliyevin rəhbərliyi ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi- Ərzurum və digər layihələrin həyata keçirilməsi mümkün olub. Məqalədə bu siyasətin Azərbaycanın təkcə iqtisadi tərəqqisində deyil, eyni zamanda, dövlət müstəqilliyin güclənməsində böyük rol oynadığı vurğulanır.
Yazıda bildirilir ki, Azərbaycan Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qısa bir müddət ərzində sürətlə inkişaf edən ölkəyə çevrilib. Məhz ümummilli liderin rəhbərliyi ilə ölkənin Konstitusiyası qəbul edilib, Azərbaycan dili dövlət dili elan olunub.
Sabah Aslam yazır ki, Heydər Əliyev Pakistan-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfələr verib, onun 1996-cı ildə Pakistana rəsmi səfəri və səfər zamanı imzalanmış sənədlər ölkələrimiz arasında münasibətlərin hüquqi normativ bazasını yaradıb.
Qeyd olunur ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi və ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu həm Azərbaycanda, həm də xaricidə elm, mədəniyyət, səhiyyə və digər sahələrdə böyük layihələr həyata keçirir.
Məqalənin sonunda vurğulanır ki, Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini daim əziz tutur, onun ideyaları yaşayır və yaşayacaqdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info