ƏƏSMN-də könüllü qanvermə aksiyasına başlanılıb
Tarix: 07.05.2014 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası tədbirlərinə dəstək olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) könüllü qanvermə aksiyasına başlanılıb. Hümanitar aksiyaya mayın 7-də ƏƏSMN-nin Mərkəzi Aparatında start verilib və növbəti mərhələlərdə aksiya regionlarda nazirliyin yerli strukturlarında davam etdiriləcək.
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədi ilə keçirilən tədbir Mərkəzi Aparatın kollektivinin yüksək fəallığı şəraitində keçib. Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları ilk öncə donorların sağlamlıq vəziyyətini müəyyən ediblər. Aksiyada qeyd olunub ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən etibarən həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramı ölkəmizdə qan bankının yaradılmasına, talassemiya xəstəliyi olan uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatına xidmət edir. Proqram çərçivəsində aparılan işlərin müsbət nəticəsi kimi respublikada könüllü donor xidməti xeyli inkişaf edib. Belə tədbirlərdə iştirak edərək könüllü qan vermək vətəndaşlıq borcundan irəli gələn nəcib və savab bir əməldir.
Götürülən qan nümunələrinin laboratoriyada müayinə edildikdən sonra talassemiyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə ediləcəyi bildirilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info