Ağdaş və Göyçayda seminarlar keçirilib
Tarix: 07.05.2014 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yeni nəsil torpaq istifadəçiləri üçün torpaqların şoranlaşmasının qarşısının alınması ilə bağlı maarifçilik fəaliyyətinin təşkili və yeni ixtiraların təqdimatı” adlı layihə çərçivəsində 03-06 may 2014-cü il tarixində Ağdaş və Göyçay rayonlarında seminarlar keçirib.
Seminarlarda müxtəlif kəndlərdə yaşayan bələdiyyə üzvləri, yerli torpaq istifadəçiləri, fermerlər ümumilikdə iki rayon üzrə 160 nəfər iştirak edib. Layihənin koordinatoru İlqar Orucov layihənin məqsəd və vəzifələri haqqında iştirakçılara məlumat verib və bildirmişdirki layihənin məqsədi torpaqların şoranlaşmaya, deqradasiyaya məruz qaldığı Ağdaş və Göyçay rayonlarında torpaq mülkiyyətçiləri, fermerlər, kənd icma üzvləri, xüsusilə yeni nəsil torpaq istifadəçıləri arasında maarifləndirici tədbirlər həyata keçirməklə şorlaşmanın, şorakətləşmənin və eroziyanın əsas səbəbləri, mənfi nəticələrini və onlarla mübarizə tədbirlərinin həyata keçirilməsinin konkret yollarını torpaq mülkiyyətçilərinə izah etmək, torpaqların deqradasiyasının qarşısının alınması məsələsini geniş ictimaiyyətin diqqətinə çıxarmaqdır. Layihənin vəzifələri isə torpaqların şoranlaşmaya, deqradasiyaya məruz qaldığı Ağdaş, Göyçay rayonlarında torpaq istifadəçiləri üçün seminarların keçirilməsi və ekoloji maarifçilik işinin genişləndirilməsi; torpaqların şoranlaşmadan qorunması və ətraf mühitin qorunması ilə bağlı yerli bələdiyyələrlə əməkdaşlıq münasibətlərinin qurulması; torpaqların şoranlaşması, eroziyaya uğraması məsələsinin ictimai diskussiyaya çevrilməsidir.
Eyni zamanda iştirakçılara Azərbaycan dövlətinin torpaqların qorunması, ekoloji mühitin sağlamlaşdırılması istiqamətində bir sıra mühüm addımları haqqında məlumatlar verilmişdir. Qeyd olunub ki, Prezident İlham Əliyevin 2006-cı il 24 mart tarixli sərəncamı ilə Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiyia və Fəaliyyət Planını təsdiq edilməsi bu sahədə mühüm addimdir. Milli Strategiya və Fəaliyyət Planının əsas istiqamətlərindən biri kimi əhalinin ekoloji maarifləndirilməsi ilə bağlı hüquqi, iqtisadi və təşkilati əsasları müəyyən etməklə cəmiyyətdə ekoloji biliklərin geniş yayılmasını, ekoloji təhsilin ardıcıllığının və fasiləsizliyinin təmin edilməsi göstərilib.
Layihənin eksperti seminar iştirakçılarına ekoloji mühitin qorunması, torpaqların deqrodasiyadan qorunması haqqında məlumatlar verib. Qeyd olunub ki, sistemli becərmə və mühafizə tədbirlərinin (drenaj-kollektor şəbəkəsinin işlək hala salınması, suvarma qaydalarına əməl edilməsi və.s) demək olar ki tətbiq edilməməsi suvarılan torpaqlarda deqradasiyanı indiki həddə çatdırıb. Digər tərəfdən deqradasiyaya səbəb kənd təsərrüfatı ilə məşğul olan əkinçi və fermerlərin düzgün aqrotexniki qaydalara riayət etməməsi ilə yanaşı, həmçinin təbii amillərdir. Bildirilib ki, deqradasiya ilə mübarizə ilk növbədə torpaq mülkiyyətçilərinin üzərinə düşür və bütün bunların həyata keçirilməsi üçün torpaq istifadəçiləri torpağın mühafizə yollarını bilməklə yanaşı həmdə onun becərmək qaydalarını da öyrənməlidirlər. Layihənin həyata keçiriləcəyi ərazi kimi seçilmiş Ağdaş və Göyçay rayonları düzən zona rayonları olub istər şorlaşma, istərsədə eroziya kimi təhlükəli ekoloji faktorlara intensiv şəkildə məruz qalır.
Seminar qarşılıqlı diskussiya ilə davam etmiş, seminar iştirakçılarının sualları cavablandırılıb.

Qorqud





 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info