DSX-da Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir
Tarix: 07.05.2014 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin aparatında Azərbaycan dövlətçiliyinin banisi, ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Konfrans zamanı öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində Azərbaycançılıq ideyasının gerçəkləşdirilməsi, müasir Azərbaycan dövlə¬ti¬nin formalaşdırılması və xalqımızın müstəqillik arzusuna çatması istiqamətində dahi öndər Heydər Əliyevin tarixi xidmətləri geniş işıqlandırılmış, milli dövlətçiliyin məhvinə yönələn bütün qəsdlərin qarşısının qətiyyətlə alınması üçün taleyüklü qərarlarının əhəmiyyəti xüsusi qeyd olunub.
Konfrans çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatları Aydın Mirzəzadənin "Heydər Əliyev şəxsiyyəti Azərbaycan dövlətçiliyinin parlaq simvoludur", Musa Qasımlının "Heydər Əliyev və Azərbaycanın xarici siyasəti", DSX rəisinin şəxsi heyət üzrə müavini general-mayor Azad Ələkbərovun "Heydər Əliyev milli sərhəd mühafizəsi strategiyasının banisidir" mövzularında məruzələri dinlənilib. Çıxışlarda dahi öndər Heydər Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinin formalaşdırılması və inkişafındakı müstəsna xidmətləri, Dövlət Sərhəd Xidmətini yaratmaqla Azərbaycan dövlətinin öz sərhədlərini müstəqil mühafizə etmək qətiyyətini və imkanlarını nümayiş etdirməsini, Dövlət Sərhəd Xidmətinin illik hesabatlarını şəxsən qəbul edərək sərhədçilərlə keçirdiyi görüşlərdə milli sərhəd siyasətimizi for¬ma¬laşdırması, dövlət sərhədlərinin mühafizəsi strategiyasını müəyyən etməsi xüsusi qeyd olunub. Konfrans iştirakçıları tərəfindən son illər ərzində Azərbaycan Respublikasının dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilməsinin respublikamızın geostrateji, iqtisadi və mədəni potensialının gerçəkləşdirilməsi istiqamətində Azər¬bay¬can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ardıcıl olaraq həyata keçirdiyi siyasətin real nəticəsi olması xüsusi vurğulanıb. Konfransın sonunda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində təsdiq olunmuş tədbirlər planına əsasən Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində dahi öndərin uca xatirəsinə həsr olunmuş konfranslar, tematik axşamlar, disputlar keçirilmiş, onun həyat və fəaliyyəti barədə filmlər şəxsi heyətə nümayiş etdirilmiş, sərhədçilərin Heydər Əliyev mərkəzlərinə ekskursiyaları təşkil olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info