“Il Giornale”: “Xristianlıq Avropanı tərk edib”
Tarix: 07.05.2014 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


“Avropa Birliyində xristian sivilizasiyası ilə hər cür əlaqəni kəsmək üçün güclü və açıq istək nəzərə çarpır”

İtaliyanın “Il Giornale" qəzeti Avropada xristianlığın yoxa çıxması ilə bağlı aktual yazı yazıb. Müəllif Marçello Veneçiani bildirir: “Gözlərimiz önündə qeyri-adi proses baş verir ki, onların tam mənasını biz dərk etmirik. O, iqtisadi böhrandan daha radikal və vacibdir. Söhbət ondan gedir ki, xristianlıq Avropanı tərk edir. Üç faktor xristianlığın itməsi prosesindən xəbər verir. Birincisi, artıq yüz ildir ki, Avropanın xristiansızlaşdırılması gedir. Bu proses son zamanlar xüsusilə sürətlənib. Bu proses təkcə dini hisslərin itirilməsində, ayinlərə əməl edilməməsində, kilsəyə qulluq etmək arzusunda olanların sayının kəskin azalmasında və sairdə özünü göstərmir, iş o yerə çatıb ki, artıq insanlar özlərinin xristian sivilizasiyasına mənsubluqlarını dərk etmirlər. Bu, mədəniyyətdə, xalq həyatında və gündəlik məişətdə də belədir.
Təbii və sivil yollarla min illərlə adətlərdə və ürəklərdə qalan hər şey indi dəhşətli sürətlə yox olur və insanı təhrifə yol verir. Birinci növbədə, insanın həyata, seksə, doğuma, ölümə münasibətini dəyişir, ailəni bütün aspektlərdən aşınmaya məruz qoyur.
Əsrlərlə insanlara aşılanmış mənəviyyat, adətlər, din – hamısı dağılır. Avropalıların həyatında iqtisadi böhran nəticəsində baş verən dəyişikliklər hazırda yaşadığımız radikal antropoloji mutasiyalarla heç cür müqayisə edilə bilməz. Bu mutasiyalar barədə peyğəmbərcəsinə xəbər verən Serco Kuinçio özünün “Xristianlıq başlanğıcdan sona qədər” adlı kitabında bu haqda yazıb.
Beləliklə, birinci sosial və mədəni faktora ikinci institusional faktor da qoşulur: Avropa Birliyi ümumi tarixi, strateji, mədəni və dini dünyagörüşünə malik deyil.
Əksinə, burada xristian sivilizasiyası ilə hər cür əlaqəni kəsmək üçün güclü və açıq istək nəzərə çarpır. Avropa Birliyinin burada birinci günahı odur ki, Avropa Birliyi artıq Avropanın köklərinin xristianlıqda və yunan-Roma sivilizasiyasında olmasını inkar etdiyini ifadə edib. Bu köklər yeganə ümumi baza idi ki, bölünmüş Avropanı bir araya gətirə bilərdi.
Amma hazırda bütün bərqərar edilmiş normalar və Avropa Şurası, Avropa məhkəmələri tərəfindən verilən qərarlar Avropanın xristiansızlaşdırılmasına yönəlib.
Avropanı əlaqələndirən ümumi xətlər - valyuta, maliyyə və iqtisadiyyat bütün haqqında danışılan dəyərləri sıxışdırıb.
Üçüncü faktor isə əksəriyyəti müsəlmanlardan ibarət olan, Aralıq dənizi hövzəsindən Avropaya axışan kütləvi immiqrant mövcudluğudur”.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Suriyalı qaçqın ABŞ-ın dövlət qulluqçularına pulsuz yemək paylayır
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info