Heydər Əliyevin doğum günü səbailli veteranlar tərəfindən qeyd olunub
Tarix: 07.05.2014 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Azərbaycanın ərazi bütövlüyü, gənc müstəqil respublikanın siyasi, iqtisadi cəhətdən möhkəmlənməsinin əsasını qoyan, onun inkişafı və çiçəklənməsi istiqamətində böyük işlər həyata keçirən böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atan ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda geniş şəkildə qeyd olunur.
Dahi şəxsiyyətin doğum günü münasibəti ilə növbəti tədbir rayonun müharibə, əmək, silahlı qüvvələr veteranlarının iştirakı ilə keçirilmişdir. Səbail rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş növbəti tədbir Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının «Şəhidlər Xiyabanı»ndakı qərargahında Respublika Veteran Təşkilatları Şurası, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, respublika Qarabağ Əlilləri, Müharibə Veteranları və Şəhid ailələri İctimai Birliyinin, Respublika «20 Yanvar» cəmiyyətinin, Səbail rayon Ağsaqqallar, Veteran Təşkilatları Şuralarının, rayondakı bir sıra ictimai təşkilatların, rayon ictimaiyyətinin nümayəndələrinin və digər qonaqların iştirakı ilə keçirilib. Tədbiri giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışmışdır. Natiq qeyd etmişdir ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Ölkəmizin hər bir vətəndaşının bu nadir xəzinəyə yiyələnməsi, dahi şəxsiyyətin zəngin dövlət idarəçiliyi təcrübəsini, onun həyatının ən ağır anlarında belə doğma xalqına necə misilsiz sədaqətlə, cəsarətlə xidmət etməsini öyrənməsi Azərbaycanın parlaq gələcəyi deməkdir. Azərbaycanda bu gün ümummilli Liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eldar Ağayev həmçinin Səbail rayonunda ulu öndərin əziz xatirəsinə həsr olunmuş tədbirlər barədə məlumat verib.
Toplantıda çıxış edən Respublika Veteran Təşkilatları Şurasının sədri, general-mayor Dadaş Rzayev, Qarabağ Əlilləri, Müharibə Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev, Rayon Veteran Təşkilatları Şurasının sədri, sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin sədri İlham Əliyev, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev və digər ictimai təşkilatların rəhbərləri, veteranlar ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyində çalışdığı illər ərzindəki fəaliyyəti, gördüyü işlərdən danışmış, onun ölkəmizin tərəqqisi və inkişafı üçün, o cümlədən veteranlar üçün gördüyü işlərdən danışıblar. Qeyd olunub ki, Səbail rayonunun ağsaqqalları, veteranları, digər ictimai təşkilatların üzvləri Azərbaycan Respublikasının Prezidenti, ulu öndərimizin layiqli davamçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycanın inkişaf və tərəqqisinin günbəgün artması, onun qüdrətli və zəngin bir dövlətə çevrilməsi və ən başlıcası itirilmiş torpaqlarımızın geri qaytarılması istiqamətində apardığı işləri bəyənirlər. Çıxışçılar bəyan ediblər ki, veteranlar hər zaman Ali Baş Komandanının əmri ilə səfərbər olmağa və torpaqlarımızın azad edilməsi istiqamətində döyüşə atılmağa hazırdırlar. Möhtərəm Prezidentimiz onlara arxayın ola bilər. Tədbirdə həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin rəisi, polkovnik-leytenant Polad İbrahimov bir qrup Əfqanıstan veteranına yubiley medalları təqdim edib.
Nigar







 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info