Azərbaycanda on mindən çox yeni iş yeri açılacaq
Tarix: 08.05.2014 | Saat: 01:38:00 | E-mail | Çapa göndər


Gəmiqayırma Zavodunda “Şahdəniz-2” üçün çoxprofilli unikal gəmi inşa ediləcək
“Şahdəniz-2” layihəsi çərçivəsində sualtı tikinti işlərinin həyata keçirilməsi üçün yeni, çoxprofilli unikal gəmi inşa ediləcək. Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayevin “Heydər Əliyev və yeni cəmiyyət modeli” konfransı üçün təqdim etdiyi məruzədə qeyd olunub.
R. Abdullayev bildirib ki, həmin gəminin Bakıda ötən il istifadəyə verilmiş yeni Gəmiqayırma Zavodunda tikilməsi planlaşdırılır. ARDNŞ prezidentinin sözlərinə görə, “Şahdəniz-2” layihəsinin iqtisadi əhəmiyyətindən biri də odur ki, layihə üzrə tikinti-inşaat və quraşdırma işlərinin əksər hissəsi Azərbaycanda icra olunacaq. Platforma və sualtı qurğuların inşası üçün Bakıdakı tikinti-quraşdırma sahələrinin texniki və texnoloji imkanları artırılacaq, sualtı əməliyyatların həyata keçirilməsinə xidmət edən bir neçə gəminin texniki və funksional imkanı təkmilləşdiriləcək. R. Abdullayev bildirib ki, ən mühüm məsələ isə ondan ibarətdir ki, “Şahdəniz-2” və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri Azərbaycanda təxminən on mindən artıq yeni iş yerinin açılmasına səbəb olacaq. Rövnəq Abdullayev qeyd edib ki, Cənubi-Şərqi Avropanı qazla təmin edəcək Trans-Adriatik qaz boru kəməri (TAP) gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün də geniş imkanlar açacaq. O, qeyd edib ki, “Cənub qaz dəhlizi”nin açılmasında və möhkəmləndirilməsində Trans-Anadolu boru kəməri (TANAP) bir dayaq kimi müstəsna rol oynayacaq. Uzunluğu 870 km olacaq TAP isə Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək, sonra Yunanıstan və Albaniya ərazilərindən, Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq. R.Abdullayev nəzərə çatdırıb ki, TAP-ın illik ötürücülük qabiliyyəti 10 milyard kubmetrdir. Konsorsium kəmərin inşasını iri diametrli borularla həyata keçirməklə gələcəkdə bu həcmin iki dəfəyədək artırılması imkanını nəzərdə saxlayır. Eyni zamanda Azərbaycanla Albaniya, Xorvatiya və Monteneqro arasında başqa bir enerji dəhlizi - Cənub-Şərqi Avropa dəhlizi haqqında da razılıq əldə edilib. Perspektivdə buraya Rumıniya, Macarıstan və Avstriya da əlavə oluna bilər. O, ARDNŞ-in həm də Avropa Komissiyası ilə birlikdə Bolqarıstana qaz nəqlinin alternativ variantları üzərində işlədiyini açıqlayıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info